Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-14/2025 26.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 26 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-324/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2600 manat borc və 18 manat dövlət rüsumu alınaraq, Tələbkar ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına 20 fevral 2024-cü il tarixli qərarla başlanılmış və qanunamüvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu, Gəraybəyli kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildiriş göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Borclunun məcburi gətirilməsi haqqında 23 sentyabr 2024-cü il tarixdə qərar qəbul edilərək ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-324/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2800 manat borc və 48 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İşə əlavə olunmuş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, iş üzrə 20 fevral 2024-cü il tarixdə icraata başlanılmışdır. İş əlavə olunmuş 20 fevral 2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İşə əlavə olunmuş 23 sentyabr 2024-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. İş əlavə olunmuş çıxarışlardan görünür ki, Borclu məxsus mobil telefonuna sms bildiriş göndərilmiş, barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunduğu və 10 gün ərzində İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə gəlməsi bildirilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-324/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2800 manat borc və 48 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İş üzrə 20 fevral 2024-cü il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayınmışdır. İcra məmuru 23 sentyabr 2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul etdikdən və qəbul olunmuş qərar barədə borcluya məlumat verdikdən sonra müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb olmadan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-324/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1979-cu il tarixdə İsmayıllı rayonun Gəraybəyli kəndində anadan olmuş və həmin ünvanda yaşayan borclu Mahmudov X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-14/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-14/2025
26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver