Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-15/2025 26.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 26 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4773/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına Bakı Şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsi tərəfindən 16 dekabr 2022-ci il tarixli qərarla başlanılmış və qanunamüvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi d-2, ev 2 ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etməmiş və hazırda aliment üzrə borcu 8970 manat təşkil edir. Borclunun məcburi gətirilməsi haqqında 29 noyabr 2024-cü il tarixdə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4773/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 26 sentyabr 2012-ci il təvəllüdlü X3, 28 sentyabr 2013-cü il təvəllüdlü X4 və 03 fevral 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İşə əlavə olunmuş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, iş üzrə 16 dekabr 2022-ci il tarixdə icraata başlanılmışdır. İş əlavə olunmuş 16 dekabr 2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İşə əlavə olunmuş 29 noyabr 2024-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. İş əlavə olunmuş 18 fevral 2025-ci il tarixli çıxarışdan görünür ki, Borclu məxsus ***- ***-**-** nömrəli mobil telefonuna sms bildiriş göndərilmiş, barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunduğu və 10 gün ərzində İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə gəlməsi bildirilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4773/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 26 sentyabr 2012-ci il təvəllüdlü X3, 28 sentyabr 2013-cü il təvəllüdlü X4 və 03 fevral 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İş üzrə 16 dekabr 2022-ci il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayınmışdır. İcra məmuru 29 noyabr 2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul etdikdən və qəbul olunmuş qərar barədə borcluya məlumat verdikdən sonra müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb olmadan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4773/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanda yaşayan borclu Quliyev X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-15/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-15/2025
26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver