Məhkəmə qərarları › İş №8(037)-16/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-16/2024

14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-16/2024 14.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İsmayıllı Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 8(037)-66 nömrəli 04 oktyabr 2023-cı il tarixli qərardadı ilə Borclu1 məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair İsmayıllı Rayon İcra və probasiya şöbəsindən daxil olmuş təqdimata 14 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İsmayıllı Rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla müraciət edərək Borclu1 məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru Rahim Mustafayev təqdimatın məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-54/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən, borclular Borclu1 və Borclu2 müştərək qaydada 5696 manat maddi ziyan, 160 manat hüquqi yardım məbləği və 78,56 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 5934 (beş min doqquz yüz otuz dörd) manat 56 (əlli altı) qəpik tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Borclu1 mülkiyyətində avtomobil aşkar edilmiş və icra məmurunun təqdimatı əsasında İsmayıllı rayon Məhkəməsinin 8(037)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun mülkiyyətində olan “X3” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra zamanı borclu borcunun tam ödənilməsinə dair qəbzləri şöbəyə təqdim etmişdir. Borclu icra işi üzrə 7% icra ödənişini qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazıra qədər icra ödənişini ödəmədiyindən iş üzrə icraata xitam verilməmişdir. Ona görə də Borclu1 məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatın təmin olunmamasını xahiş edir. Tərəflər təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-54/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən, borclular Borclu1 və Borclu2 müştərək qaydada 5696 manat maddi ziyan, 160 manat hüquqi yardım məbləği və 78,56 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 5934 (beş min doqquz yüz otuz dörd) manat 56 (əlli altı) qəpik tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. İsmayıllı rayon Məhkəməsinin 8(037)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun mülkiyyətində olan “X3” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Borclu borcunun ödənilməsinə dair qəbzləri şöbəyə təqdim etsədə, iş üzrə 7% icra ödənişinin ödənilməsini təmin etməmişdir. İcra məmuru borclu tərəfindən hal-hazıradək icra ödənişi ödənilmədiyindən təqdimatın təmin olunmamasını xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. Göründüyü kimi borclu tərəfindən icra ödənişi ödənilmədiyindən icra işi tam icra olunmamış və icra işi üzrə icraata xitam verilməmişdir. Ona görədə qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu1 məxsus avtomobilin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə icraata xitam verilmədiyindən və icra işi tam icra olunmadığından təqdimatın təmin olunmaması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqdimat təmin edilməsin. Borclu1 məxsus “X3” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar