Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-16/2025 03.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi, Borclu, Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 03 mart 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-674/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 5685,3 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov təqdimatla müraciət edərək icra sənədi üzrə borc məbləğinin ödənilməsi məqsədi ilə Borclu adına qeydə alınmış “Mercedes Benz E320” minik markalı “** TF ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İcra sənədi xx.xx.2021-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Könüllü icra müddətində icra sənədi üzrə tələb təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan “Mercedes Benz E320” minik markalı “** TF ***” dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “Mercedes Benz E320” minik markalı “** TF ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edir. Tələbkar ASC-nin nümayəndəsi X2 izahat verərək göstərdi ki, Tələbkar ASC regionda "xxxx" sement məhsullarının satışı ilə məşğuldur. Borclu ASC-dən sement məhsulu almış və pulunu ödəməmişdir. Məhkəmə qətnaməsinə əsasən Borclu 5685,3 manat pulun alınaraq Tələbkar ASC-yə ödənilməsi qət olunmuşdur. Lakin uzun müddət keçməsinəı baxmayaraq borclu borcun ödənilməsini təmin etməmişdir. Borclu 800 manat ödəniş etdiyini göstərsədə həmin məbləğin ödənilməsinə dair heç bir rəsmi sənəd yoxdur. Təqdimatın təmin olunmasını xahiş edir. Borclu izahat verərək göstərdi ki, həmin alqı-satqıdan onun heç bir məlumatı olmamış və ona heç bir aidiyyatı yoxdur. Alqı-satqı mağaza ilə aparılıb, borc məbləği aylığa bölünməklə mağaza tərəfindən ödənilməlidir. Bir müddət əvvəl borc məbləğindən 800 manat ödəniş olunmuşdur. Bu barədə tələbkar tərəfindən ona heç bir rəsmi sənəd verilməmişdir. Pulun ödənildiyi nümayəndə isə hazırda işdən çıxdığıdan ödənişi təsdiq edə bilmir. Onun adına avtomaşından başqa heç bir əmlak yoxdur. Heç yerdə işləmir. Göstərdiklərini nəzərə alaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-674/2021 nömrəli, xx.xx.2021-ci icra sənədinin surətindən görünür ki, cavabdeh Borcludan iddiaçı Tələbkar ASC-nin xeyrinə 5654,90 manat məbləğində pul və 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5685,30 manat məbləği tutulmalıdır. İşə əlavə olunmuş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, iş üzrə 15 oktyabr 2021-ci il tarixdə icraata başlanılmışdır. İş əlavə olunmuş 15 oktyabr 2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İşə əlavə olunmuş 11 iyul 2023-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. İşdə əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına dair çıxarışdan görünür ki, Borclu məxsus “Mercedes Benz E320” minik markalı “** TF ***” dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-674/2021 nömrəli, xx.xx.2021-ci icra sənədinə əsasən cavabdeh Borcludan iddiaçı Tələbkar ASC-nin xeyrinə 5654,90 manat məbləğində pul və 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5685,30 manat məbləği tutulmalıdır. İş üzrə 15 oktyabr 2021-ci il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayındığından barəsində 11 iyul 2023-cü il tarixdə icra şöbəsinə məcburi gətirilməsi haqqında qərar qəbul olunmuşdur. “Elektron icra” informasiya sistemində Borclu məxsus “Mercedes Benz E320” minik markalı “** TF ***” dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edildiyindən icra məmuru təqdimat verərək həmin avtomaşının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus “Mercedes Benz E320” minik markalı “** TF ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “Mercedes Benz E320” minik markalı “** TF ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-16/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-16/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver