Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-18/2023 25.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-424 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu X2 ərizəsinə 25 aprel 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-424 nömrəli qətnaməsi ilə cavabdehlər X7 və X1 müştərək qaydada 3589 manat əsas, 75,27 manat faiz borcu və 56,65 manat dövlət rüsumu, cəmi 3720 (üç min yeddi yüz iyirmi) manat 92 (doxsan iki) qəpik məbləğinin "FİNCA AZERBAİJAN" Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə çıxarılmış icra sənədi Maraqlı şəxs icraatındadır. X3 ərizə ilə müraciət edərək məhkəmənin göstərilən qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilərək qətnamə ilə müəyyən edilmiş və ödənilməmiş qalan 2774 manat məbləğinin hissə-hissə hər ayda 50 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yusif Səlimov ərizəsini onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra borcundan 450 manat tələbkarın hesabına ödəmişdir. Hazırda icra xidməti tərəfindən qalan məbləğin bütövlükdə ödənilməsini tələb edir. O, isə qalıb borcu hissə-hissə ödəmək istədiyi barədə icra xidmətinə bildirdikdə ona bununla bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmənin qətnaməsinə əsasən 3720 manat məbləğinin ondan alınaraq tələbkar "FİNCA AZERBAİJAN" Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsinin verilməsi qət olunmuşdur. Qalan borc məbləğini bir dəfəyə ödəmək imkanı yoxdur. Ailə vəziyyəti ağırdır. Qeyd etdiklərini nəzərə alaraq qətnamə ilə müəyyən edilmiş və ödənilməmiş qalan 2774 manat məbləğinin hissə-hissə hər ayda 50 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar və icra məmuru ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə borclunun ərizəsini və ona əlavə edilmiş sənədləri, icra işinin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-424 nömrəli qətnaməsi ilə cavabdehlər X7 və X1 müştərək qaydada 3589 manat əsas, 75,27 manat faiz borcu və 56,65 manat dövlət rüsumu, cəmi 3720 (üç min yeddi yüz iyirmi) manat 92 (doxsan iki) qəpik məbləğinin "FİNCA AZERBAİJAN" Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə çıxarılmış 11 may 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün həmin tarixdə Maraqlı şəxsnə göndərilmişdir. Şöbə tərəfindən 26 may 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. X6 qeyd olunan qətnamənin icra üsulunun və qaydasının dəyişdirərək hər ay 50 manat olmaqla hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə hesab edir ki, qətnamə üzrə tələb olunan 2774 manat borc məbləğinin hiss-hissə hər ay 50 manat ödənilməsi icra sənədinin icrasını uzun müddət ləngidə bilər və bu hal tələbkarın qanunla ona verilmiş hüquqlarının pozulması ilə nəticələnər. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hissə-hissə icra olunması üçün əsas olmadığından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayıllı rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(037)-424 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu Yusif Səlimovun ərizəsi təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-18/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-18/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver