Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-19/2025 14.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 14 mart 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 87/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1983-cü ildə anadan olmuş və İsmayıllı rayonu Ruşan kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 23 yanvar 2019cu il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görədə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-87/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 05 dekabr 2018-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər uşağa 110 manat cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq 05 oktyabr 2011-ci il tarixdə doğulmuş X2 və 26 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Tələbkar ödənilməlidir. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 22 yanvar 2019-cu il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 22 yanvar 2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan ərizənin surətindən görünür ki, tələbkar borcluya 15 oktyabr 2024-cü il tarixə qədər vaxt verilməsini və barəsində heç bir icra tədbiri görülməməsini xahiş etmişdir. İş materialarında olan 08 oktyabr 2024-cü il və 12 fevral 2025-ci il tarixli izahatların surətindən görünür ki, borclu hər ay aliment borcundan 500 manat ödəməyi öhtəsinə götürmüş və 15400 manat aliment borcu olduğu barədə məlumatlandırılmışdır. İş materialarında olan aktın surətindən görünür ki, icra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və borclunun icra sənədi üzrə tələbi təmin edəcək heç bir əmlakı aşkar olunmamışdır. İş materialarında olan İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən elektron sorğuya cavabdan birclunun adına heç bir gəlirin və əmlakın olmadığı müəyyən edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-87/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 05 dekabr 2018-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər uşağa 110 manat cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq 05 oktyabr 2011-ci il tarixdə doğulmuş X2 və 26 fevral 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Tələbkar ödənilməlidir. İş üzrə 22 yanvar 2019-cu il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş, borcluya 22 yanvar 2019-cu il tarixdə “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Tələbkar ərizə verərək borcluya 15 oktyabr 2024cü il tarixə qədər vaxt verilməsini və barəsində heç bir icra tədbiri görülməməsini xahiş etmişdir. Borclu 08 oktyabr 2024-cü il və 12 fevral 2025-ci il tarixlərdə izahat verərək hər ay aliment borcundan 500 manat ödəməyi öhtəsinə götürmüşdür. Borclunun icra sənədi üzrə tələbi təmin edəcək heç bir əmlakı aşkar olunmamışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun aliment üzrə borcunun məbləği və ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxx 1983-cü il tarixdə tarixdə anadan olmuş, İsmayıllı rayonu Ruşan kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-19/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-19/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver