Məhkəmə qərarları › İş №8(037)-2/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-2/2024

07.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-2/2024 07.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-529/2018 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(037)-529/2018 saylı icra vərəqəsinə əsasən, Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 90 manat sabit pul məbləğindən aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İsmayıllı rayon icra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 31 avqust 2018-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və 10 gün müddətində icra sənədi üzrə tələbi könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Borclu göstərilən icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq Borclu oğlunun İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Tərəflər təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2(037)-529/2018 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 90 manat sabit pul məbləğindən aliment tutularaq tələbkar X1 hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 30 avqust 2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu xəbərdarlıq göndərilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1968-cu il tarixdə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuş, İsmayıllı rayonu, İstisu kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon icra və probasiya şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar