Məhkəmə qərarları › İş №8(037)-20/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-20/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-20/2024 23.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 16(037)-34 nömrəli icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizəyə 23 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 16(037)-34 nömrəli qərardadına əsasən iddiaçı Tələbkar cavabdeh Borclu qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Tələbkar 24 noyabr 2018-ci il təvəllüdlü X2 və 12 fevral 2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyət hüququ müəyyən edilmiş və Tələbkar ünsiyyətinə mane olması Borclu qadağan edilmiş, Tələbkar uşaqları ilə ünsiyyətdə olması üçün qeyd edilən vaxtlarda uşaqların ona verilməsi və Borclu qaytarılması yerinin İsmayıllı şəhərinin ərazisində müəyyən edilmişdir. Qərardaddan Borclu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardad üzrə çıxarılmış 06 dekabr 2023-cü il tarixli icra vərəqəsi icra olunması üçün 07 dekabr 2023-cü il tarixdə İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev ərizə ilə müraciət edərək bildirmişdir ki, İsmayıllı rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 16(037)-34 nömrəli qərardadına əsasən iddiaçı Tələbkar cavabdeh Borclu qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Tələbkar 24 noyabr 2018-ci il təvəllüdlü X2 və 12 fevral 2020ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyət hüququ müəyyən edilmiş və Tələbkar ünsiyyətinə mane olması Borclu qadağan edilmiş, Tələbkar uşaqları ilə ünsiyyətdə olması üçün qeyd edilən vaxtlarda uşaqların ona verilməsi və Borclu qaytarılması yerinin İsmayıllı şəhərinin ərazisində müəyyən edilmişdir. Qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək Borclu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və ona icra sənədinin icrasının zəruriliyi bildirilmişdir. Borclu xx.xx.2024-cü il tarixində İsmayıllı rayon icra va probasiya şöbəsinə Bakı şəhərində yerləşən Şuşa rayon Mərkəzi Xəstəxanasından alınmış tibbi arayışı göndərərək övladı Nurşad Səməndərovun qızılca xəstəliyinə yoluxaraq ambulator müalicə aldığı bildirilmişdir. Məcburi icra hərəkətləri davam etdirilərkən Borclu şöbəyə 09 fevral 2024-cü il tarixində ərizə ilə müraciət edərək, himayəsində olan uşaqların anaları ilə görüşməsi üçün onların azyaşlı və xəstə olduğunu qeyd edərək hər həftənin şənbə və bazar günləri Bakı şəhərindən İsmayıllı şəhərinə (həmçinin hava şəraiti nəzərə alaraq) aparıb gətirilməsi müəyyən çətinliklər yaratmasını bildirmişdir. Belə hallar davamlı olduğu halda icra məmurunun müəyyən vaxt itkisinə səbəb olur. Eyni zamanda Borclu şöbəyə göndərdiyi ərizəsinə Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Mənzil Kommunal İstismar sahəsindən alınmış 01 fevral 2024-cü il tarixli arayışı əlavə etmişdir. Arayışa əsasən borclu faktiki olaraq ünvan 1-nın həyətyani sahəsində əlavə tikilmiş mənzildə qeydiyyatsız yaşayır. Belə olan halda borclunun faktiki olaraq azyaşlı övladları ilə birgə Bakı şəhərində yaşamasını nəzərə alaraq icra sənədinin icrasını tam təmin edilməsi üçün icranın üsuluna və qaydasına dair aydınlığın gətirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq İsmayıllı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 16(037)-34 nömrəli icra icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev, Tələbkar və Borclu ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını, ərizəni, qərardadı, icra vərəqəsini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinin məzmunundan görünür ki, işə baxan hakim qəbul etdiyi məhkəmə qərarını onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qəbul olunmuş qərar aydın və dəqiq olmadıqda və həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Bu halda olan çatışmamazlıqlar məhkəmə tərəfindən izah edilməsi yolu ilə aradan qaldırılır. Bəzi hallarda məhkəmə aktının nəticə hissəsi qeyri-müəyyən olur ki, bu da onun icrasında ziddiyyət, qeyrimüəyyənlik və anlaşılmazlıq yaradır. Mülki prosessual qanunvericiliyin birbaşa göstərişinə əsasən, məhkəmə qərara izah verərkən onun məzmununu dəyişdirə bilməz. «Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir» (Plenumun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 17-ci bəndinin birinci abzası). “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.9-cu maddəsinə əsasən icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İsmayıllı rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 16(037)-34 nömrəli qərardadına əsasən ərizəçi Tələbkar azyaşlı uşaqları ilə ünsiyyət hüququnun müəyyən olunmasına dair ərizəsi təmin edilmişdir. Qərardaddan Borclu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qərardad icra olunması üçün 07 dekabr 2023-cü il tarixdə İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. İş materialına Borclu ünvan 1 ünvanında müvəqqəti olaraq yaşamasına dair arayış əlavə olunsada, Şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, onun daimi yaşayış yeri İsmayıllı rayonun Müdrü kəndi, Tələbkar isə daimi yaşayış yeri İsmayıllı rayonun Müdürsə kəndidir. Göründüyü kimi, məhkəmə tərəfindən qəbul olunmuş qərardadda iddiaçı Tələbkar azyaşlı uşaqları ilə ünsiyyət saxlaması yeri, vaxtı və qaydası aydın və dəqiq göstərilmiş və icra vərəqəsi tərəflərin hər ikisinin rəsmi qeydiyyatda olduqları ərazi üzrə İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. Qəbul olunmuş qərardadda anlaşılmamazlıq, qeyri dəqiqlik və ziddiyyət yoxdur. Bundan başqa icra işinin aidiyyatı və yaxud da borclunun yaşayış yeri üzrə göndərilməsi, borclunun axtarışı və qəbildən olan digər icra hərəkətlərinin həlli qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə qərarının izah olunması zamanı məhkəmə baxışının predmeti olmamış və məhkəmə iclasında tədqiq edilməmiş məsələlərə toxunulması yolverilməzdir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən hazırki ərizə üzrə hər hansı izahın verilməsinə əsas olmadığından və izahın verilməsi iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirildiyindən Məhkəmənin 06 dekabr 2023-cü il tarixli 16(037)-34 nömrəli icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 16(037)-34 nömrəli icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizə təmin edilməsin. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar