Məhkəmə qərarları › İş №8(037)-22/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-22/2023

05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-22/2023 05.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 2(037)-933/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qərardadı ilə X3 məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair X2 ərizəsinə 05 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İsmayıllı rayon Məhkəməsinin 2(037)-933/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qərardadına əsasən buraxılış ili 2006-cı il, mühərrik nömrəsi QR25-404197, ban nömrəsi JN1TBNT30Z0111746 olan qızılı metalik rəngli, ** SD *** qeydiyyat nişanlı, “Nissan X- Trail” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İlqar Hacıyev ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İlqar Hacıyev ərizəni onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli MTT(037)-27/2022 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi mülkiyyətində olan buraxılış ili 2006-cı il, mühərrik nömrəsi QR25-404197, ban nömrəsi JN1TBNT30Z0111746 olan qızılı metalik rəngli, ** SD *** qeydiyyat nişanlı, “Nissan X-Trail” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. O, iddiaçıya 9876 manat maddi zərər məbləğini tam ödəmişdir. Bununla bağlı Maraqlı şəxs tərəfindən icraata xitam verilmişdir. Müvəqqəti təminat tədbiri kimi mülkiyyətində olan buraxılış ili 2006-cı il, mühərrik nömrəsi QR25-404197, ban nömrəsi JN1TBNT30Z0111746 olan qızılı metalik rəngli, ** SD *** qeydiyyat nişanlı, “Nissan X-Trail” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş edir. Tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. İlqar Hacıyev teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(037)-933/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh X1 9876 manat maddi zərər məbləği alınaraq iddiaçı Zeynalzadə Yunı̇ s Rı̇ zvan oğluna ödənilməsi qət olunmuşdur. Qətnamənin icrasını təmin etmək məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli MTT(037)-27/2022 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi İlqar Hacıyevin mülkiyyətində olan buraxılış ili 2006-cı il, mühərrik nömrəsi QR25-404197, ban nömrəsi JN1TBNT30Z0111746 olan qızılı metalik rəngli, ** SD *** qeydiyyat nişanlı, “Nissan X-Trail” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi tam şəkildə icra olunduğundan tələbkar Zeynalzadə Yunı̇ s Rı̇ zvan oğlunun ərizəsi əsasında Maraqlı şəxs 31 mart 2023-cü il tarixli qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(037)-933/2022 nömrəli icra sənədinin icraatına xitam verilmişdir. İlqar Hacıyev ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, borclu İlqar Hacıyevə məxsus nəqliyyat vasitəsinin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə icraata xitam verildiyindən və borcluya məxsus nəqliyyat vasitəsinin üzərində həbsin qalmasına zərurət olmadığından ərizənin təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. X2 mülkiyyətində olan buraxılış ili 2006-cı il, mühərrik nömrəsi QR25-404197, ban nömrəsi JN1TBNT30Z0111746 olan qızılı metalik rəngli, ** SD *** qeydiyyat nişanlı, “Nissan X-Trail” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar