Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-22/2024 29.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 29 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-384/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 14383 manat alınaraq Tələbkar verilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus “VAZ 2107” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı, avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-384/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 14383 manat alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş, tərəfindən müvafiq qərarla icraata başlanılmış,borclunun ünvanına bildiriş göndərilmişdir.Borcun ödətdirilməsi istiqamətində Borclu ünvanına rəsmi bildiriş və elektron sms bildirişi göndərilmişdir. Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən borclunun mülkiyyətində “VAZ 2107” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq Borclu məxsus “VAZ 2107” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş edir. Tələbkar məhkəmə iclasında təqdimatın təmin olunmasını xahiş etdi. Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə icra məmurunun və tələbkarın izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-384/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 14383 manat alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş, icra məmuru tərəfindən müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Borcun ödətdirilməsi istiqamətində icra məmuru tərəfindən Borclu ünvanına rəsmi bildiriş və elektron sms bildirişi göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən borclunun mülkiyyətində “VAZ 2107” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir.İcra məmuru təqdimat verərək həmin avtomaşının üzərinə həbs qoyularaq İsmayıllı rayon icra və probasiya şöbəsinə təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından,götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez,lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür.Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə qərara gəlir ki,təqdimat təmin edilərək icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu adına qeydə alınmış “VAZ 2107” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış “VAZ 2107” minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-22/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-22/2024
29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver