Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-22/2025 01.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi, Tələbkar iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 01 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 75/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və İsmayıllı rayonu Diyallı kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu 7595 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 31 oktyabr 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İsmayıllı Rayon Notariat Kontoru tərəfindən verilmiş 8İ-504 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və İsmayıllı rayonu Diyallı kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu 20000 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi 23 yanvar 2025-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş e-16(004)-170/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və İsmayıllı rayonu Diyallı kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu X2 cavabdehlər Borclu və X3 qarşı pul tələbinə dair 2(004)-3091/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh Borclu mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli İsmayıllı rayon, Diyallı kəndində yerləşən 6 sot torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdeh Borclu və digər şəxslərə qadağan edilmişdir. İcra sənədi 19 aprel 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(004)-3091/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və İsmayıllı rayonu Diyallı kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu 13000 manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilməlidir. Ödənilmiş 205 manat məbləğində dövlət rüsumunun 69,60 manat hissəsi cavabdeh Borclu tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi 23 yanvar 2025-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Nəsimi RPİ 19-cu Polis Bölməsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və İsmayıllı rayonu Diyallı kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu 50 manat məbləğində inzibati cərimə tutularaq dövlət rəfinə ödənilməlidir. İcra sənədi 19 aprel 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixlərdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görədə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Tələbkar izahat verərək göstərdi ki, borclu ona torpaq satmaq məqsədi ilə 7500 manat pul almışdır. Torpaq sahəsini ona verməmiş, onu aldatmışdır. İndi nə pulu qaytarır nədə ki, özü tapılmır. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 10 fevral 2022-ci il tarixdə icraata başlanılmışdır. İş materialarında olan İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-75/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 7500 manat və 95 manat ödənilmiş dövlət rüsum məbləği cəmi 7595 manat alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 01 noyabr 2024-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 23 yanvar 2025-ci il tarixli icra qeydindən görünür ki, Borclu X1 xeyrinə 20025 manat məbləğində pul tutulması qərara alınmışdır. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 24 yanvar 2025-ci il tarixdə icraata başlanılmışdır. İş materialarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)- 226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X2 cavabdehlər Borclu və X3 qarşı pul tələbinə dair 2(004)-3091/2024 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh Borclu mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli İsmayıllı rayonu, Diyallı kəndində yerləşən 6 sot torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdeh Borclu və digər şəxslərə qadağan edilsin. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 21 may 2024-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3091/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 13000 manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilsin. Ödənilmiş 205 manat məbləğində dövlət rüsumu 69,60 manat hissəsi cavabdeh Borclu tutularaq iddiaçı X4 ödənilməlidir. İş materialarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 23 yanvar 2025-ci il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 03 dekabr 2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. İş materialarında olan xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2025-ci il xx.xx.2025-ci il tarixli bildirişlərdən, izahat və iltizamlardan görünür ki, borcluya icra sənədlərinin icra olunmasına dair bildirişlər göndərilmiş, borclunun izahatları alınmış, borclu borcları ödəcəyi barədə iltizamlar vermişdir. Məhkəmə tələbkarın izahatını, təqdimatı, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarla Borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülmüş və iş üzrə 10 fevral 2022-ci il tarixdə icraata başlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 75/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borcludan 7500 manat və 95 manat ödənilmiş dövlət rüsum məbləği olmaqla cəmi 7595 manat alınaraq Tələbkar ödənilməlidir. İş üzrə 01 noyabr 2024-cü il tarixdə icraata başlanılmışdır. 23 yanvar 2025-ci il tarixli icra qeydindən əsasən Borclu X1 xeyrinə 20025 manat məbləğində pul tutulması qərara alınmış və iş üzrə 24 yanvar 2025-ci il tarixdə icraata başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclunun mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli İsmayıllı rayonu, Diyallı kəndində yerləşən 6 sot torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdeh Borclu və digər şəxslərə qadağan edilmiş və iş üzrə 21 may 2024-cü il tarixdə icraata başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3091/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 13000 manat məbləğində pul və 69,60 manat dövlət rüsumu borcludan tutularaq tələbkar X4 ödənilməlidir. İş üzrə 23 yanvar 2025-ci il tarixdə icraata başlanılmışdır. 03 dekabr 2024-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul olunmuşdur. İcra sənədlərinin icrası ilə bağlı borcluya bildirişlər göndərilmiş, izahatı və borcunun ödənilməsinə dair iltizamı alınmışdır. Göründüyü kimi icra sənədlərinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədlərinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxxxxx 1978-ci il tarixdə tarixdə anadan olmuş, İsmayıllı rayonu Diyallı kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-22/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-22/2025
01.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver