Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-23/2025 11.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 11 aprel 2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1850/19 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 04 iyun 2007-ci il təvəllüdlü X5, 06 avqust 2008-ci il təvəllüdlü X1 və 29 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına Bakı Şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsi tərəfindən 29 iyul 2019-cu il tarixli qərarla başlanılmış və qanunamüvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş və 2025-ci ilin aprel ayına aliment borcu 26530 manat təşkil edir. Borclunun məcburi gətirilməsi haqqında 16 dekabr 2024-cü il tarixdə qərar qəbul edilərək ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-726/2017 nömrəli, 30 iyun 2017-ci il tarixli icra vərəqəsinə əsasən 04 iyun 2007-ci il təvəllüdlü X5, 06 avqust 2008-ci il təvəllüdlü X1 və 29 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu 18 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X2 xeyrinə verilməlidir. İşə əlavə olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1850/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-726/2017 nömrəli, 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 04 iyun 2007-ci il təvəllüdlü X5, 06 avqust 2008-ci il təvəllüdlü X1 və 29 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. İşə əlavə olunmuş 16 dekabr 2024-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. İş əlavə olunmuş 11 iyun 2024-cü il tarixli, 06 fevral 2025-ci tarixli və 02 aprel 2025-ci il çıxarışlardan görünür ki, Borclu məxsus ***-***-**-** nömrəli mobil telefonuna sms bildiriş göndərilmiş, barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunduğu və 10 gün ərzində İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə gəlməsi bildirilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-726/2017 nömrəli, 30 iyun 2017-ci il tarixli icra vərəqəsinə əsasən 04 iyun 2007-ci il təvəllüdlü X5, 06 avqust 2008-ci il təvəllüdlü X1 və 29 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu 18 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X2 xeyrinə verilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1850/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-726/2017 nömrəli, 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə 04 iyun 2007-ci il təvəllüdlü X5, 06 avqust 2008-ci il təvəllüdlü X1 və 29 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədi üzrə müvafiq icra tədbirləri görülmüş, borclu icra şöbəsinə dəvət olunmuşdur. Lakin borclu üzrlü səbəb olmadan icra şöbəsinə gəlməkdən yayınmışdır. Borclunun 2025-ci ilin aprel ayına 26530 manat aliment borcu yaranmışdır. Borclunun icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. İcra məmuru təqdimatla müraciət edərək borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb olmadan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1850/19 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1976-cı il tarixdə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş və həmin ünvanında qeydiyyatda olan və yaşayan borclu Umudov X4 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-23/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-23/2025
11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver