Məhkəmə qərarları › İş №8(037)-25/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-25/2023

08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-25/2023 08.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(037)-1136 nömrəli və 01 mart 2022-ci il tarixli e-2(037)-281 nömrəli qətnamələrinin hissə-hissə icra olunması barədə X1nun ərizəsinə 08 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(037)-1136 nömrəli qətnaməsi ilə cavabdeh X2 3739,57 manat əsas, 21,49 manat faiz borcu və 58,02 manat dövlət rüsumu, cəmi 3819 (üç min səkkiz yüz on doqquz) manat 08 (sıfır səkkiz) qəpik məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa İsmayıllı rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli e-2(037)-281 nömrəli qətnaməsi ilə cavabdeh X2 3699, 49 manat əsas, 21,27 manat faiz 57,20 manat dövlət rüsumu, cəmi 3777 (üç min yeddi yüz yetmiş yeddi) manat 96 (doxsan altı) qəpik məbləğinin Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki qətnamə üzrə çıxarılmış icra sənədi Maraqlı şəxs icraatındadır. X1 ərizə ilə müraciət edərək məhkəmənin göstərilən qətnamələrinin icra üsulunun və qaydasının dəyişdirilərək qətnamələr üzrə müəyyən edilmiş məbləğlərin hissə-hissə hər ayda 100 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Talıb Rzayev ərizəsini onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra banklar hər ay borcundan pensiyası vasitəsi ilə tutulmalar aparılır. Hazırda icra xidməti qalan məbləğin bütövlükdə ödənilməsini tələb edir. O, isə qalıb borcunu hissə-hissə ödəmək istədiyi barədə icra xidmətinə bildirdikdə ona bununla bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmənin qətnaməsinə əsasən 3819 manat və 3777 manat məbləğlərini bir dəfəyə ödəmək imkanı yoxdur. Ailə vəziyyəti ağırdır. Qeyd etdiklərini nəzərə alaraq qətnamə ilə müəyyən edilmiş və ödənilməmiş qalan məbləğlərin hissə-hissə hər ayda 100 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət olunmuş tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə borclunun ərizəsini və ona əlavə edilmiş sənədləri, icra işinin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(037)-1136 nömrəli qətnaməsi ilə cavabdeh X2 3739,57 manat əsas, 21,49 manat faiz borcu və 58,02 manat dövlət rüsumu, cəmi 3819 (üç min səkkiz yüz on doqquz) manat 08 (sıfır səkkiz) qəpik məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, 01 mart 2022-ci il tarixli e-2(037)-281 nömrəli qətnaməsi ilə isə 3699, 49 manat əsas, 21,27 manat faiz 57,20 manat dövlət rüsumu, cəmi 3777 (üç min yeddi yüz yetmiş yeddi) manat 96 (doxsan altı) qəpik məbləğinin Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamələr üzrə çıxarılmış icra vərəqələri icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Şöbə tərəfindən icraata başlama haqqında qərarlar qəbul edilmişdir. X6 qeyd olunan qətnamələrin icra üsulunun və qaydasının dəyişdirərək hər ay 100 manat olmaqla hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə hesab edir ki, hər iki qətnamə üzrə tələb olunan 7597,04 manat borc məbləğinin hiss-hissə hər ay 100 manat ödənilməsi icra sənədinin icrasını uzun müddət ləngidə bilər və bu hal tələbkarın qanunla ona verilmiş hüquqlarının pozulması ilə nəticələnər. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin hissə-hissə icra olunması üçün əsas olmadığından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayıllı rayon Məhkəməsinin Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(037)-1136 nömrəli və 01 mart 2022-ci il tarixli e-2(037)-281 nömrəli qətnamələrinin hissə-hissə icra olunması barədə X1nun ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar