Məhkəmə qərarları › İş №8(037)-25/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-25/2025

10.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-25/2025 10.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 10 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə anadan olmuş və İsmayıllı rayonu Cülyan kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu 9474,14 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 06 dekabr 2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, Borclu və Tələbkar ASC-nin nümayəndəsi təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 8450,80 manat əsas borc, 909,33 manat faiz borcu və 114,01 manat dövlət rüsumu olmaqla, cəmi 9474,14 manat məbləği tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İş materialarında olan xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 13 dekabr 2023-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 13 dekabr 2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan 08 oktyabr 2024-cü il tarixli izahatın surətindən görünür ki, borclu 08 oktyabr 2024-cü il tarixdə izahat yazaraq 09 oktyabr 2024-cü il tarixdə ən azı 1000 manat ödəniş edəcəyi, qalan məbləği isə hazırda heç bir yerdə işləmədiyinə görə birdəfəyə bağlaya bilməyəcəyini, qısa zamanda işi düzəlməli olduğunu, ona görə də oktyabr ayının sonuna kimi ona vaxt verilməsini və icra məmuru tərəfindən inzibati və cinayət məsuliyyətinin ona tam şəkildə izah olunduğunu qeyd edərək izahatı imza etmişdir. İş materialarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, icra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və borclunun ünvanda olmadığı məlum olmuşdur. İş materialarında olan 10 mart 2025-ci il tarixli izahatın surətindən görünür ki, borclu izahat verərək aylıq 50 manat ödəniş etmək imkanının olduğunu, işləmədiyinə görə borcu tam şəkildə ödəyə bilmədiyini göstərmişdir. İş materialarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, icra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və borclunun ünvanına baxış keçirilən zaman icra sənədi üzrə tələbi təmin edəcək heç bir əmlakı aşkar olunmamışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9474,14 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə 06 dekabr 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş, borcluya 13 dekabr 2023-cü il tarixdə “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Borclu 08 oktyabr 2024-cü il və 10 mart 2025-ci il tarixlərdə izahat verərək heç bir yerdə işləmədiyinə görə borcu birdəfəyə bağlaya bilmədiyini göstərərək ona vaxt verilməsini xahiş etmişdir. İcra məmuru borclunun yaşadığı ünvanında olmuş, borclunun icra sənədi üzrə tələbi təmin edəcək heç bir əmlakı aşkar olunmamışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə borcunu ödəməməsi və ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. 22 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, İsmayıllı rayonu Cülyan kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar