Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-26/2025 10.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimatı və ona əlavə olunmuş sənədləri 10 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 381/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş və İsmayıllı rayonu Kürdmaşı kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay hər uşağa 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq 25 mart 2014-cü il tarixdə doğulmuş X3, 04 may 2017-ci il tarixdə doğulmuş X4 və 10 sentyabr 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatandək saxlanılması üçün Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 13 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda borc məbləği 2418 manat təşkil edir. Ona görədə icra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-381/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş və İsmayıllı rayonu Kürdmaşı kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay hər uşağa 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq 25 mart 2014-cü il tarixdə doğulmuş X3, 04 may 2017-ci il tarixdə doğulmuş X4 və 10 sentyabr 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatandək saxlanılması üçün Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 13 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. Həmin tarixli icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti Borclu göndərilmişdir. İcra məmuru təqdimatda borclunun hazırda 2418 manat borcu olduğunu göstərərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İş materiallarından görünür ki, təqdimatda müvafiq sorğuların aparılması göstərilsədə, həmin sorğuların aparılmasına, icra sənədi üzrə icraata başlama haqqında qərarın surətinin qanunla müəyyən olunmuş müddətdə tələbkara və borcluya göndərilibgöndərilməməsinə, bildirişin vaxtında borcluya çatdırılmasına, qanunda nəzərdə tutulmuş digər məcburi icra tədbirlərinin görülüb-görülməməsi ilə bağlı icra məmuru tərəfindən edilməli olan icra hərəkətlərinə dair sübutlar təqdimat materiallarında yoxdur. Bundan başqa borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən təqdimat verilsə də, qətnamə icraya yönəldiləndən sonra keçən müddət ərzində Borclu ölkə ərazisindən nə vaxt kənara çıxması və qayıtması dəqiqləşdirilməmiş, bununla bağlı Dövlət Sərhəd Xidmətinə və digər orqanlara müvafiq sorğular göndərilməmişdir. Bununla da borclunun ölkə ərazisini tərk edib getmək ehtimalının real olub-olmaması müəyyən edilməmişdir. Eyni zamanda, icra məmurunun təqdimatında borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hazırki icra sənədinin icrasının təmin edilməsi ilə bağlı nə kimi müsbət nəticələr verə biləcəyi də əsaslandırılmamışdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzürsüz səbəbdən icra edilməməsi halında, həm də icra sənədinin icrası borclunun şəxsiyyəti ilə bağlı olub onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlı olduğundan bu qərar yetərincə əsaslı olmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hazırki vəziyyətdə onun bir vətəndaş kimi digər hüquqlarının əsassız olaraq faktiki şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması sonuncu və mühüm icra tədbirlərindən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Göründüyü kimi icra məmuru tərəfindən icra işi üzrə müvafiq icra hərəkətləri aparılmadan sonuncu məcburi icra tədbiri olan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimat yetərincə əsaslandırılmadığı üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-26/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-26/2025
10.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver