Məhkəmə qərarları › İş №8(037)-27/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-27/2022

04.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-27/2022 04.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(037)-19/2020 nömrəli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emin Bağırovun təqdimatına 04 iyul 2022-ci il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Nərmanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(005)-6530/2018 nömrəli icra sənədinə əsasən İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 5-də yaşayan Borclu hər ay 308 manat məbləğində aliment pulunun alınıb Bakı şəhəri, Nərmanov rayonu, B/X2 ev 133A-da yaşayan Tələbkar ödənilməsi müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(037)-19/2020 nömrəli qərardadı ilə sözügedən icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER” minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emin Bağırov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Nərmanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(005)-6530/2018 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra tədbirləri zamanı borclunun adına nəqliyyat vasitələri aşkar edilmiş və borclunun əmlakları üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(037)-19/2020 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “TOYOTA LAND- CRUİSER” minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar ilə Borclu arasında avtomaşının satılması və bütün borcun qaytarılması şərti ilə bağlı razılaşma olmuşdur. Tələbkar və borclu arasında qarşılıqlı razılaşma olduğundan və Tələbkar İsmayıllı rayon icra və probasiya şöbəsinə ünvanlanmış borclu İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 5-A ünvanında yaşayan Borclu mülkiyyətində olan avtomaşının üzərinə qoyulmuş həbsə xitam verilməsi barədə ərizəsi olduğundan, borclunun mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır və bu barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emin Bağırov təqdimata uyğun izahat verərək,təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Tələbkar İsmayıllı rayon icra və probasiya şöbəsinə ünvanladığı 15 iyun 2022-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nərmanov rayonu, X1 ev 133 A ünvanında yaşayan Tələbkar 15 iyun 2022-ci il tarixdə ərizə ilə İsmayıllı rayon icra və probasiya şöbəsinə müraciət edərək borclu İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 5-A ünvanında yaşayan Borclu ilə aralarında avtomaşının satılması və bütün borcun qaytarılması şərti ilə bağlı razılaşma olduğu üçün avtomaşının üzərinə qoyulmuş həbsə xitam verilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə təqdimatı, Tələbkar ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Nərmanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(005)-6530/2018 nömrəli icra sənədinin icrasının təmini məqsədi ilə Tələbkar ilə Borclu arasında avtomaşının satılması və bütün borcun qaytarılması şərti ilə bağlı razılaşma olduğundan və Tələbkar İsmayıllı rayon icra və probasiya şöbəsinə ünvanladığı Borclu mülkiyyətində olan və üzərinə həbs qoyulmuş avtomaşının həbsdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi olduğundan borclunun əmlakının həbsdə olmasına zərurət aradan qalxmışdır. İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emin Bağırovun təqdimatı təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(037)-19/2020 nömrəli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER” minik markalı,** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(037)-19/2020 nömrəli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER” minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar