Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-28/2022 07.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 07 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(006)-1677 nömrəli qətnaməsinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 manat məbləğində aliment alınaraq Tələbkar Fərhad qızına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 07 aprel 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev təqdimatla müraciət edərək icra sənədi üzrə borc məbləğinin ödənilməsi məqsədi ilə Borclu adına qeydə alınmış “X1” minik markalı “** LF ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İcra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, borclu icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayınır. Borclunun icra sənədi üzrə 4900 manat aliment borcu yaranmışdır. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyindən onun əmlak vəziyyəti elektron sistem vasitəsilə yoxlanılmışdır. Borclunun adına “X1” minik markalı “** LF ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədi üzrə borc məbləğinin ödənilməsini təmin etmək məqsədi ilə göstərilən avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş edir. Borclu və tələbkar təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(006)-1677 nömrəli qətnaməsinə əsasən 09 iyun 2006-cı il təvəllüdlü X2 Rüstəm qızı və 3 yanvar 2009cu il təvəllüdlü X3 Rüstəm oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər uşağa hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar Fərhad qızına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 07 aprel 2020-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu aliment borcunun ödənilməsini təmin etməmiş, icra sənədi üzrə 4900 manat aliment borcu yaranmışdır. Borclunun əmlak vəziyyəti ilə bağlı araşdırma aparılmış, adına “X1” minik markalı “** LF ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra məmuru təqdimat verərək həmin avtomaşının üzərinə həbs qoyulmasını xahiş edir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yeterli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbun yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu adına qeydə alınmış “X1” minik markalı “** LF ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış “X1” yük markalı “** LF ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №8(037)-28/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-28/2022
07.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver