Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-29/2025 23.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 23 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə anadan olmuş və İsmayıllı rayonu Ruşan kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu 29 noyabr 2010-cu il təvəllüdlü X2 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi 21 iyun 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu 29 noyabr 2010-cu il təvəllüdlü X2 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İş materialarında olan xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 26 aprel 2024-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 26 aprel 2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan 21 iyun 2024-cü il tarixli “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarın surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi Ağdam rayon İcra və probasiya şöbəsi tərəfindən aidiyyəti üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İş materialarında olan 07 avqust 2024-cü il tarixli izahatın surətindən görünür ki, borclu hər ay 300 manat aliment borcundan ödəniş edəcəyini göstərmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 29 noyabr 2010-cu il təvəllüdlü X2 və 15 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq Tələbkar verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Ağdam rayon İcra və probasiya şöbəsi tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş, borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. 21 iyun 2024-cü il tarixdə göstərilən icra sənədi Ağdam rayon İcra və probasiya şöbəsi tərəfindən aidiyyəti üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Borclu şöbəyə dəvət olunaraq izahatı alınmışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə borcunu ödəməməsi və ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxxxx 1985-ci il tarixdə İsmayıllı rayon Ruşan kəndində anadan olmuş, İsmayıllı rayonu Ruşan kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-29/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-29/2025
23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver