Məhkəmə qərarları › İş №8(037)-3/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-3/2024

07.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-3/2024 07.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 8(037)-311/2016 nömrəli 20 dekabr 2016-cı il tarixli qərardadı ilə X3 məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair X2 ərizəsinə 07 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 8(037)-311/2016 nömrəli 20 dekabr 2016-cı il tarixli qərardadına əsasən “VAZ 21099” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Faiq Hüseynov ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Faiq Hüseynov ərizəni onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli 2(037)-2069/2016 nömrəli məhkəmə əmrinə əsasən ondan cəmi 414,31 manat tutularaq "xxxx" Kommersiya Bankının hesabına ödənilməsi qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli 8(037)-311/2016 nömrəli qərardadı ilə ona məxsus “VAZ 21099” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. Onun "xxxx" Kommersiya Bankına olan borcu restrukturizasiya edilmişdir. "xxxx" Kommersiya Bankı tərəfindən İsmayıllı rayon İcra şöbəsinə iş üzrə icraata xitam verilməsi barədə müraciət olunmuşdur. Hazırda onun "xxxx" Kommersiya Bankına heç bir borcu yoxdur. Ona görə də ona məxsus “VAZ 21099” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülməlidir. Mülkiyyətində olan “VAZ 21099” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş edir. Tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan: İsmayıllı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(037)-2069/2016 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, X1 cəmi 414,31 manat tutularaq "xxxx" Kommersiya Bankının hesabına ödənilməsi qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 8(037)-311/2016 nömrəli qərardadının surətindən görünür ki, X3 məxsus “VAZ 21099” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. "xxxx" KB ASC-nin İsmayıllı filialının İsmayıllı rayon icra bölməsinə ünvanladığı 15 noyabr 2023-cü il tarixli, UB/İSML/№205 nömrəli məktubdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-2069/2016 nömrəli, 11 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu X2 "xxxx" KB ASC-yə borcu restrukturizasiya edilmişdir. Ona görə də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. "xxxx" KB ASC-nin 15 noyabr 2023-cü il tarixli, BANK/PİKMD/1146948 nömrəli maliyyə arayışından görünür ki, X2 511sİSML/13 saylı kredit müqaviləsi üzrə heç bir borcu yoxdur. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(037)-2069/2016 nömrəli məhkəmə əmrinə əsasən X1 cəmi 414,31 manat tutularaq "xxxx" Kommersiya Bankının hesabına ödənilməsi qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli, 8(037)-311/2016 nömrəli qərardadı ilə X3 məxsus “VAZ 21099” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. "xxxx" KB ASC-nin İsmayıllı filialının İsmayıllı rayon icra bölməsinə ünvanladığı 15 noyabr 2023-cü il tarixli, UB/İSML/№205 nömrəli məktuba əsasən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-2069/2016 nömrəli, 11 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu X2 "xxxx" KB ASC-yə borcu restrukturizasiya edilmişdir. Ona görə də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. "xxxx" KB ASC-nin 15 noyabr 2023-cü il tarixli, BANK/PİKMD/1146948 nömrəli maliyyə arayışı üzrə Faiq Hüseynovun 511sİSML/13 saylı kredit müqaviləsi üzrə heç bir borcu yoxdur. Faiq Hüseynov ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, borclu Faiq Hüseynova məxsus nəqliyyat vasitəsinin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə icraata xitam verildiyindən və borcluya məxsus nəqliyyat vasitəsinin üzərində həbsin qalmasına zərurət olmadığından ərizənin təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. X2 mülkiyyətində olan “VAZ 21099” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar