Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-30/2023 30.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İsmayıllı rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(037)-533 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(037)-533 saylı icra vərəqəsinə əsasən, Borclu cəmi 812 (səkkiz yüz on iki) manat məbləği alınaraq iddiaçı Tələbkar hesabına ödənilməlidir. İsmayıllı rayon icra və probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına 26 may 2022-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı şəhəri keçmiş Mican kəndindəki ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildiriş göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. İsmayıllı rayon icra və probasiya şöbəsinin icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və Tələbkar nümayəndəsi təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(037)-533 saylı nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu 713 manat əsas, 69 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 812 (səkkiz yüz on iki) manat məbləği alınaraq iddiaçı Tələbkar hesabına ödənilməsi qət olunmuşdur. İş üzrə 24 may 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə rəsmi xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınması nəzərə alınmaqla onun məcburi gətirilməsi barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxx 1987-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuş və İsmayıllı şəhəri keçmiş Mican kəndində qeydiyyatda olmaqla yaşayan Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon icra və probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-30/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-30/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver