Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-31/2022 18.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli 2(037)-879/2015 nömrəli icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizəyə 18 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən JN - 641 F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə uyğun olaraq İsmayıllı rayon Kürdmaşı kənd sakinləri Borclu və X1 adına qeydə alınmış, İsmayıllı rayon Kürdmaşı kəndində yerləşən 0,15 (sıfır tam yüzdə on beş) hektar həyətyanı torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsi üzərində X1, 1/2 (ikidə bir) hissəsi üzərində Borclu mülkiyyət hüququnun müəyyən edilməsi, JN - 499 Kod 40718018 olan «Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına uyğun olaraq İsmayıllı rayon Kürdmaşı kənd sakinləri Borclu və X1 adına qeydə alınmış, İsmayıllı rayon Kürdmaşı kəndində yerləşən 0,76 (sıfır tam yüzdə yetmiş altı) hektar pay torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsi üzərində X1, 1/2 (ikide bir) hissəsi üzərində Borclu mülkiyyət hüququnun müəyyən edilməsi, X1 İsmayıllı rayonunun Kürdmaşı kəndində birgə mülkiyyətdə olan 0,15 hektar heyətyanı torpaq sahəsində yerləşən, Borclu istifadəsində olan, 1989-cu ildə inşa edilmiş 1 mərtəbəli, 3 otaqldı fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 05 may 2016-cı il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev təqdimatla müraciət edərək bildirmişdir ki, 2(037)-879/2015 nömrəli 05 may 2016-cı il tarixli icra sənədi üzrə icraata başalamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş ünvanlanmış, o cümlədən müvafiq sənədləşmənin aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmişdir. Borclu 11 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Borclunun hüquqi varisinin X3 olması müəyyən edilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə İsmayıllı rayon icra və probasiya şöbəsinə təqdim olunmuşdur. Ona görə də 2(037)-879/2015 nömrəli 05 may 2016-cı il tarixli icra sənədinin X1 İsmayıllı rayonunun Kürdmaşı kəndində birgə mülkiyyətdə olan 0,15 hektar həyətyanı torpaq sahəsində yerləşən, Borclu istifadəsində olan, 1989-cu ildə inşa edilmiş 1 mərtəbəli, 3 otaqldı fərdi yaşayış evinə köçürülməsinə dair hissədə izah verilməsini xahiş etmişdir. Tərəflər təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.9-cu maddəsinə əsasən icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Məhkəmə iş materiallarını və ərizəni araşdıraraq ilkin olaraq qeyd edir ki, məhkəmənin 04 noyabr 2015-ci il tarixli qətnaməsi üzrə çıxarılmış 05 may 2016-cı il tarixli icra sənədinin icra şöbəsinin icraatında olmasından altı ildən artıq vaxt keçməsinə baxmayaraq hansı səbəbdən icrasının təmin edilməməsi müəyyən deyildir. Ötən müddət ərzində icra sənədi üzrə icraatın dayandırılmasına dair iş materiallarında sübut yoxdur. Bundan başqa “İcra Haqqında” Qanun belə halların olduğu işlər üzrə, yəni borclunun öldüyü hallarda onun Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada hüquqi varisi və ya vərəsəsi ilə əvəz edildiyi göstərmişdir. Qanunvericilikdə icra məmuru tərəfindən icra sənədi icraatda olduğu müddətdə həyata keçirilmiş bütün hərəkətlərin vərəsə və ya hüquqi varis üçün eyni dərəcədə məcburi olduğu göstərilmişdir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu vərəsələri X3 və X2r. Göründüyü kimi, icra sənədi üzrə borclu olmuş və vəfat etmiş Borclu qanun üzrə vərəsələri müəyyən olunmuşdur. Buna baxmayaraq icra məmuru icra sənədi üzrə icra hərəkətlərini davam etdirərək borclunun vərəsələrini iş üzrə cəlb etməklə qətnaməni icra etmək əvəzinə əsassız səbəblərlə icra sənədinin icrasını yubatmış, qanunvericiliyin icra məmuruna verdiyi səlahiyyətlərindən istifadə etməyərək qətnamənin icrasını başa çatdırmamışdır. İcra məmuru tərəfindən icra sənədinin izah olunması ilə bağlı müraciətinin həll olunması yolu “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsində aydın şəkildə göstərilmişdir. Məhkəmə qeyd olunanları, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmənin 2(037)-879/2015 nömrəli 05 may 2016-cı il tarixli icra sənədinə izah verilməsinə zərurət yoxdur. Ona görə də İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli 2(037)-879/2015 nömrəli qətnaməsinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş ərizə təmin edilməsin. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №8(037)-31/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-31/2022
18.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver