Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-31/2023 30.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İsmayıllı rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(037)-687 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(037)-687 saylı icra vərəqəsinə əsasən, Borclu cəmi 4470 (dörd min dörd yüz yetmiş) manat 06 (altı) qəpik məbləğ alınaraq iddiaçı Tələbkar hesabına ödənilməlidir. İsmayıllı rayon icra və probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına 25 iyul 2022-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı şəhəri keçmiş Mican kəndindəki ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. İsmayıllı rayon icra və probasiya şöbəsinin icra məmuru, Borclu və Tələbkar nümayəndəsi təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(037)-687 saylı nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 635 (altı yüz otuz beş) manat əsas borc, 61 (altmış bir) manat dəbbə pulu, 21.012020-ci il tarixli ******* saylı müqavilə üzrə 817 (səkkiz yüz on yeddi) manat əsas borc 39 (otuz doqquz) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ******* saylı müqavilə üzrə 817 (səkkiz yüz on yeddi) manat əsas borc, 39 (otuz doqquz) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ******* saylı müqavilə üzrə 899 (səkkiz yüz doxsan doqquz) manat əsas borc, 100 (bir yüz) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli ******* saylı müqavilə üzrə 899 (sakkiz yüz doxsan doqquz) manat asas borc, 100 (bir yüz) manat dəbbə pulu, olmaqla cəmi 4067 (dörd min altımış yeddi) manat əsas borc, 339 (üç yüz otuz doqquz) manat dəbbə pulu, 64 (altımış dörd) manat 06 (altı) qapik dölət rüsumu olmaqla, ümumilikdə 4470 (dörd min dörd yüz yetmiş) manat 06 (altı) qəpik məbləğ alınaraq iddiaçı Tələbkar hesabına ödənilməsi qət olunmuşdur. İş üzrə 14 iyul 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə rəsmi xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı üzrə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə hesab edir ki, Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınması nəzərə alınmaqla onun məcburi gətirilməsi barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. 04 iyun 1987-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuş və İsmayıllı şəhəri keçmiş Mican kəndində qeydiyyatda olmaqla yaşayan Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon icra və probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-31/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-31/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver