Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-35/2024 18.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-546/2021 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-546/2021 saylı icra vərəqəsinə əsasən Borclu 1561,19 manat borc tutularaq Tələbkar1, Tələbkar2 xeyrinə ödənilməlidir. İsmayıllı rayon icra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 26 avqust 2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən İsmayıllı rayonu, Güyüm kəndi ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.Göstərilənləri nəzərə alaraq Borclu oğlunun İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Tərəflər təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-546/2021 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu 1561,19 manat borc tutularaq Tələbkar1, Tələbkar2 hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu xəbərdarlıq göndərilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1971-ci il tarixdə İsmayıllı rayonu, Güyüm kəndində anadan olmuş, İsmayıllı rayonu, Güyüm kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Bəkirova X1 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon icra və probasiya şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-35/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-35/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver