Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-36/2022 22.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2478/2020 saylı icra sənədinin icrası məqsədi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon İcra və probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emin Bağırovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2478/2020 saylı icra vərəqəsinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emin Bağırov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına xx.xx.2020-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu, Qalacıq kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi təqdim edilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş olunmuşdur. İsmayıllı rayon icra və probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Emin Bağırov təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Təqdimata əlavə edilmiş, icra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, Borclu müvafiq icra vərəqəsinin surəti göndərilmiş və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin, Borclu heç bir üzrlü səbəb göstərmədən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 2478/2020 saylı icra sənədini icra etməmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1989-cu ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuş və İsmayıllı rayonu, Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayan borclu Məlikov X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-36/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-36/2022
22.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver