Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-36/2024 18.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 18 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimat təmin edilmiş və İsmayıllı şəhəri,X4 küçəsində yerləşən,Borclu mülkiyyətində olan 0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata dair izahat verərək göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(037)-923/2022 nömrəli icra sənədinə əsasən Borclu cəmi 9000.93 manat məbləği tutularaq tələbkar xxxxnın xeyrinə ödənilməlidir.Borclu icra məmurunun təqdimatı əsasında verilmiş İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İsmayıllı şəhəri,X4 küçəsində yerləşən 0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə səhvən həbs qoyulmuşdur. Belə ki, icra zamanı şöbəyə təqdim olunmuş DƏDKR Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən torpaq sahəsinin X2 məxsus olması məlum olmuşdur. Bu hal barədə AR ƏN EMF sisteminin proqram təminatında yenilənmə olmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən yuxarıda qeyd edilən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Tələbkar ASC “Xalq” Bankının nümayəndəsi və Borclu təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İsmayıllı şəhəri,M.Ə.Sabir küçəsində yerləşən,0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın sürətindən görünür ki,İsmayıllı şəhəri,X4 küçəsi 35A ünvanında yerləşən 0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası “İcra haqqında” Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından,həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və İsmayıllı şəhəri, X4 küçəsində yerləşən 0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İsmayıllı şəhəri, X4 küçəsində yerləşən 0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-36/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-36/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver