Məhkəmə qərarları › İş №8(037)-38/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-38/2022

25.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-38/2022 25.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Borclu məcburi gətirilməsinə dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 25 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 2(037)-19 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu yetkinlik yaşına çatanadək iki uşağın saxlanılması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 11 yanvar 2019-cu il tarixli icra sənədi icra edilməsi üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emin Bağırov təqdimatla müraciət edərək bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı Borclu xəbərdarlıq edilməsinə baxmayaraq üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Ona görə də borclu icra sənədinin icrası ilə bağlı Borclu xəbərdarlıq edilməsinə baxmayaraq üzürlü səbəb olmadan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayınmış və bununla da icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmışdır. Ona görə də Borclu İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxılanadək icra məmuru müraciət edərək Borclu könüllü olaraq şöbəyə gəldiyi üçün təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri, icra məmurunun müraciətini nəzərdən keçirərək hesab edir ki, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunmasına dair İsmayıllı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar