Məhkəmə qərarları › İş №8(037)-38/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-38/2024

01.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-38/2024 01.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Borclu məxsus torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli 2(037)-616 nömrəli qətnaməsinə əsasən cavabdehlər X2 və Borclu cəmi 4056 manat 74 qəpik məbləği alınaraq ASC “Xalq” Bankına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 17 iyun 2016-cı il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev təqdimatla müraciət edərək icra sənədi üzrə kredit borcunun ödənilməsi məqsədi ilə Borclu adına qeydə alınmış İsmayıllı rayonun Kürdeldarbəyli kəndində yerləşən 0,4041 ha, 0,3229 ha, 1,1594 ha, 9,659750 ha, 1,4550 ha və 0,4041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlər X2 və Borclu cəmi 4056 manat 74 qəpik məbləği alınaraq ASC “Xalq” Bankına ödənilməlidir. İcra sənədi 10 avqust 2018-ci il tarixdə İsmayıllı rayon İcra va probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq borcluların icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borcluların əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu adına qeydə alınmış İsmayıllı rayonun Kürdeldarbəyli kəndində yerləşən 0,4041 ha, 0,3229 ha, 1,1594 ha, 9,659750 ha, 1,4550 ha və 0,4041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul olunması və qərardadın icrasının Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 9 nömrəli Qəbələ Ərazi İdarəsinə həvalə olunmasını xahiş olunmuşdur. Hazırda Borclu icra sənədi üzrə 4056,74 manat borcu ödəmişdir. Borcluya məxsus torpaq sahələrinin üzərinə həbs qoyulmasına zərurət qalmamışdır. Ona görə də təqdimatın təmin olunmamasını xahiş edir. Tələbkarın nümayəndəsi X5 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, borclular tərəfindən ödənişlər aparılmışdır. Borcluların hansı məbləğdə borclarının qaldığını dəqiqləşdirmək məqsədilə müəyyən müddət vaxt tələb olunduğunu bildirdi. Borclu iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, maddi imkanı olmadığından qətnamə üzrə borc məbləğini ödəyə bilməmişdir. Qısa müddət ərzində borc məbləğini tam şəkildə ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli 2(063)-616 nömrəli qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixli **********34013 №-li Kredit və xx.xx.2013-cü il tarixli **********34013 zaminlik müqaviləsi üzrə cavabdehlər X2 və Borclu 3173 manat 73 qəpik məbləğində əsas borc, xx.xx.2016-ci il tarixinə qədər 804 manat 01 qəpik manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 50 manat məbləğində məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 29 manat olmaqla, cəmi 4056 (dörd min əlli altı) manat 74 (yetmiş dörd) qəpik məbləğinin alınaraq ASC “Xalq” Bankına ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 17 iyun 2016-cı il icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına qeydə alınmış İsmayıllı rayonun Kürdeldarbəyli kəndində yerləşən 0,4041 ha, 0,3229 ha, 1,1594 ha, 9,659750 ha, 1,4550 ha və 0,4041 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə məhkəməyə müraciət olunmuşdur. Tələbkar ərizə ilə müraciət edərək icra sənədinin tam şəkildə icra edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra məmuru icra sənədi üzrə borc məbləğinin tam şəkildə ödənildiyindən borcluya məxsus torpaq sahələrinin üzərinə həbs qoyulmasına zərurət qalmadığını bildirərək təqdimatın təmin olunmamasını xahiş edir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, icra sənədi üzrə kredit borcu tam şəkildə ödənildiyindən və borcluya məxsus torpaq sahələrinin üzərinə həbs qoyulmasına zərurət qalmadığından təqdimatın təmin edilməməsi barədə qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu məxsus torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar