Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-4/2024 19.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(037)-923/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus daşınmaz əmlak üzərinə həbs qoyulması barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(037)-923/2022 nömrəli icra sənədinə əsasən Borclu cəmi 9000.93 manat məbləği tutularaq tələbkar xxxxnın xeyrinə ödənilməlidir. İcra sənədi icra edilməsi üçün İsmayıllı rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(037)-923/2022 nömrəli icra sənədinə əsasən Borclu cəmi 9000.93 manat məbləği tutularaq tələbkar xxxxnın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan İsmayıllı şəhəri, X1 küçəsində yerləşən 0.1030 hektar və 0.0870 hektar həyətyanı torpaq sahələrinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki,məcburi icra tədbirləri kimi borclunun əmlaklarının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərdiklərini və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakların üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş edir. İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkar xxxxnın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Babaşov Orxan Əyyar oğlu izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e- 2(037)-923/2022 nömrəli icra sənədinə əsasən Borclu cəmi 9000.93 manat məbləği tutularaq tələbkar xxxxnın xeyrinə ödənilməlidir. Borclu icra sənədi üzrə borcundan ümumilikdə 20 manat ödəniş etsə də, icra sənədi üzrə ödənilməmiş qalan borcunu isə ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Ona görə də İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş borcluya məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Borclu təqdimata baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına dair çıxarışdan görünür ki, Borclu adına İsmayıllı şəhəri, X1 küçəsində yerləşən 0.1030 hektar və 0.0870 hektar həyətyanı təyinatlı torpaq sahələrinin olduğu qeyd edilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(037)-923/2022 nömrəli icra sənədinə əsasən Borclu cəmi 9000.93 manat məbləği tutularaq tələbkar xxxxnın xeyrinə ödənilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(037)-923/2022 nömrəli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası təmin olunmamış,borcluya məxsus tələblərin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Aparılmış araşdırmalar nəticəsində Borclu adına İsmayıllı şəhəri, X1 küçəsində yerləşən 0.1030 hektar və 0.0870 hektar həyətyanı təyinatlı torpaq sahələrinin olduğu müəyyən edilmişdir. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli Qərarının 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə qərara gəlir ki, üzərinə həbs qoyulması tələb edilən Borclu məxsus İsmayıllı şəhəri, X1 küçəsində yerləşən, 0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli Qərarının 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlaklar siyahısına daxil olan əmlak olmadığından təqdimat qismən təmin edilməli, icra sənədinin icrasının təmin olunması məqsədi ilə İsmayıllı şəhəri, X1 küçəsində yerləşən, Borclu mülkiyyətində olan 0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat qismən təmin edilsin. İsmayıllı şəhəri, X1 küçəsində yerləşən, Borclu mülkiyyətində olan 0.1030 hektar həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-4/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-4/2024
19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver