Məhkəmə qərarları › İş №8(037)-4/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-4/2025

16.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-4/2025 16.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Notariat Kontorunun 8İ-7487 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 13867,55 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icra olunması üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə verilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, İsmayıllı Rayon Notariat Kontorunun 8İ-7487 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 13867,55 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 14 noyabr 2024-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və icrası üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Tələbkar ASC elektron ərizə göndərərək üzürlü səbədən məhkəmə prosesində iştirak edə bilməyəcəklərini və işə iştirakları olmadan baxılmasını, təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş İsmayıllı Rayon Notariat Kontorunun 8İ-7487 nömrəli, xx.xx.2024cü il tarixli icra qeydindən görünür ki, Borclu 13867,55 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İşə əlavə olunmuş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, iş üzrə 14 noyabr 2024-cü il tarixdə icraata başlanılmışdır. İş əlavə olunmuş 14 noyabr 2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İşdə əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına dair çıxarışdan görünür ki, Borclu məxsus olan “TOYOTA PRİUS (HİBRİD)” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu qeyd edilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Notariat Kontorunun 8İ-7487 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Borclu 13867,55 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə 14 noyabr 2024-cü il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. “Elektron icra” informasiya sistemində Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra Haqqında “Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs,bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “TOYOTA PRİUS (HİBRİD)” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar