Məhkəmə qərarları › İş №8(037)-40/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-40/2023

14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-40/2023 14.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(037)-1431 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu X2 ərizəsinə 14 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(037)-1431 nömrəli qətnaməsi ilə cavabdehlər X3 və X1 8365 ABŞ dolları 82 sent məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləği alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə çıxarılmış icra sənədi Maraqlı şəxs icraatındadır. X6 ərizə ilə müraciət edərək məhkəmənin göstərilən qətnaməsi üzrə ödənilməmiş qalan məbləğlərin hissə-hissə hər ay 100 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlqar Məmmədov ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 19 sentyabr 2017-ci tarixli qətnaməsinə əsasən cəmi 8365,82 ABŞ dolları məbləği və ödənilmiş dövlət rüsmunun əvəzi kimi 30 manat alınaraq Tələbkar ASC-xeyrinə tutulması qət olunmuşdur. Qeyd olunan məhkəmə qətnaməsi 30 oktyabr 2017-ci il tarixdə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Həmin məbləği hissə-hissə ödəyir. İcra xidməti ödənilməmiş qalan məbləği bütövlükdə ödənilməsini tələb edir. Əks təqdirdə qəbul olunmuş məhkəmə qətnaməsini icra etmədiyinə görə cəzalandırılacağını bildirirlər. Borclu şəxs olaraq pulun hissə-hissə ödənilməmiş qalan məbləğin ödənilməsi üçün icra xidmətinə müraciət etsə də oradan bildirirlər ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini və ya hissə-hissə ödənilməsi onların səlahiyyətlərinə aid edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ailə vəziyyətini nəzərə alaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ödənilməmiş məbləğin hissə-hissə ödənilməsi üçün hər ay 100 manat olmaqla icra etməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə borclunun ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(037)-1431 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2014-cü tarixli 80003658 №-li kredit və həmin tarixli 80003658/ ZM saylı zaminlik müqaviləsi üzrə cavabdehlər X3 və X1 Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla 5886 ABŞ dolları 18 sent əsas borc, 2454 ABŞ dolları 64 sent faiz borcu və 25 ABŞ dolları cərimə olmaqla, cəmi 8365 (səkkiz min üç yüz altımış beş) ABŞ dolları 82 (səksən iki) sent məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləği alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Şöbə tərəfindən 27 oktyabr 2017-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. X6 qeyd olunan qətnamə üzrə ödənilməmiş qalan məbləğlərin hissə-hissə hər ay 100 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə hesab edir ki, qətnamə üzrə tələb olunan borc məbləğinin hiss-hissə hər ay 100 manat ödənilməsi icra sənədinin icrasını uzun müddət ləngidə bilər və bu hal tələbkarın qanunla ona verilmiş hüquqlarının pozulması ilə nəticələnər. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hissə-hissə icra olunması üçün əsas olmadığından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayıllı rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(037)-1431 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə X6un ərizəsi təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar