Məhkəmə qərarları › İş №8(037)-40/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-40/2025

20.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-40/2025 20.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 20 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 53/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 7359,1 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 04 iyul 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu şəxsə məxsus iş yeri aşkar edilmiş, lakin həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Tələbkar “X1 Azərbaycan” QSC-nin nümayəndəsi elektron ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-53/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 7256,66 əsas, 4,03 manat faiz borcu, 0,95 manat cərimə, 4,80 manat müqavilə üzrə öhdəliyini pozduğuna görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və 92,66 manat dövlət rüsumu olmaqla, cəmi 7359 (yeddi min üç yüz əlli doqquz) manat 10 (on) qəpik məbləği iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. İş materialarında olan xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 04 iyul 2022-ci il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 04 iyul 2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Borclu əmək haqqından borc məbləği bitənədək hər ay 50 % tutularaq tələbkar “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-53/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 7256,66 əsas, 4,03 manat faiz borcu, 0,95 manat cərimə, 4,80 manat müqavilə üzrə öhdəliyini pozduğuna görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və 92,66 manat dövlət rüsumu olmaqla, cəmi 7359 (yeddi min üç yüz əlli doqquz) manat 10 (on) qəpik məbləği iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. İş üzrə xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul olmuşdur. Həmin tarixdə borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu əmək haqqından borc məbləği bitənədək hər ay 50 % tutularaq tələbkar “X1 Azərbaycan” QSCnin xeyrinə ödənilməsi barədə icra hərəkəti aparılmışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə borcunu ödəməməsi və ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxx 1984-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri Heydər Əliyev prospekti ev 107, mənzil 11-də qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar