Məhkəmə qərarları › İş №8(037)-42/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-42/2025

23.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-42/2025 23.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 23 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 4744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci ildə anadan olmuş X1 və xx.xx.2018-ci il ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Borclu əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq tələbkar Ramazanova (Daşdəmirli) Elvira Tanrıverdi qızına ödənilməlidir. İcra sənədi 08 dekabr 2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, Borclu və tələbkar Ramazanova (Daşdəmirli) Elvira Tanrıverdi qızı təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-4744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci ildə anadan olmuş X1 və xx.xx.2018-ci il ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Borclu əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq iddiaçı Ramazanova (Daşdəmirli) Elvira Tanrıverdi qızına ödənilməlidir. İş materialarında olan xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 08 dekabr 2023-cü il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 08 dekabr 2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materialarında olan 14 aprel 2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən qərar qəbul olunmuşdur. İş materialarında olan tələbkar Ramazanova (Daşdəmirli) Elvira Tanrıverdi qızının İsmayıllı rayon icra və probasiya şöbəsinə verdiyi 17 aprel 2025-ci il tarixli ərizənin surətindən görünür ki, borclunun ona 3500 manat aliment borcu vardır və öhdəliyini tam icra etmədiyi üçün barəsində müvafiq icra tədbirləri görülməsi xahiş olunmuşdur. İş materialarında olan 06 may 2025-ci il tarixli aktın surətindən görünür ki, icra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və borclunun ünvanda heç bir əmlak aşkar olmamışdır. İş materialarında olan 12 may 2025-ci il tarixli izahatın surətindən görünür ki, Borclu icra sənədi üzrə 3450 manat aliment borcu olduğunu etiraf etmişdir. İş materialarında olan iltizamlardan görünür ki, Borclu icra məmurunun çağrışlarına gələcəyini və tələbkara aliment borcundan ödəniş edəcəyini bildirmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci ildə anadan olmuş X1 və xx.xx.2018-ci il ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Borclu əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq iddiaçı Ramazanova (Daşdəmirli) Elvira Tanrıverdi qızına ödənilməlidir. İş üzrə xx.xx.2023cü il tarixli qərarla icraata başlanılmış, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. 14 aprel 2025-ci il tarixdə “borclunun axtarışı haqqında” qərar qəbul olmuşdur. Borclunun tələbkar Ramazanova (Daşdəmirli) Elvira Tanrıverdi qızına 3500 manat aliment borcu vardır və borclu öhdəliyini tam icra etmədiyi üçün barəsində müvafiq icra tədbirləri görülməsi xahiş etmişdir. İcra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və borclunun ünvanda heç bir əmlak aşkar olmamışdır. Borclu izahatında icra sənədi üzrə 3450 manat aliment borcu olduğunu etiraf etmiş, icra məmurunun çağrışlarına gələcəyi və tələbkara aliment borcundan ödəniş edəcəyi barədə iltizamlar vermişdir. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə borcunu ödəməməsi və ölkə ərazisini tərk etmək ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxx 1992-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, Əsədov küçəsi ev 62-də qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar