Məhkəmə qərarları › İş №8(037)-43/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-43/2025

23.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-43/2025 23.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Borclu iştirakı ilə Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 23 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-75/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 1365 manat pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla müraciət edərək Borclu adına qeydə alınmış “VAZ 2101” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. “Elektron İcra” sisteminindən əldə olunmuş sorğu məlumatına əsasən, borclunun mülkiyyətində “VAZ 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar olunmuş və İsmayıllı Rayon Məhkəməsinin 8(037)-18/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə həbs qoyulduğu müəyyən edilmişdir. Ona görədə icra sənədinin icrası barədə heç bir zərurətin olmadığını nəzərə alaraq qeyd edilən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu izahat verərək göstərdi ki, Tələbkar olan borcu tam ödəmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasına mümkün hesab etmişdir. İşə əlavə olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-75/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu 1330 manat dəymiş ziyan və 35 manat ödənilmiş dövlət rüsumu məbləği cəmi 1365 (bir min üç yüz altmış beş) manat alınaraq iddiaçı Tələbkar verilməlidir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-18/2024 nömrəli qərardadından görünür ki, Borclu adına qeydə alınmış “VAZ 2101” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan tələbkarın ərizəsinin surətindən görünür ki, borclu tərəfindən qətnamədə qeyd olunan məbləğ tam şəkildə ona ödənilmişdir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, icra işi üzrə icraata xitam verilmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin olunmalıdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-75/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 1330 manat dəymiş ziyan və 35 manat ödənilmiş dövlət rüsumu məbləği cəmi 1365 (bir min üç yüz altmış beş) manat alınaraq iddiaçı Tələbkar verilməlidir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)- 18/2024 nömrəli qərardadı ilə Borclu adına qeydə alınmış “VAZ 2101” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkarın ərizə verərək borc məbləği borclu tərəfindən tam şəkildə ödənildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmiş, icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə icra işi üzrə icraata xitam verilmişdir. Borclu iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu məxsus avtomobilin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, icra sənədi üzrə icraata xitam verildiyindən və borcluya məxsus avtomobilin üzərində həbsin qalmasına zərurət olmadığından təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(037)-18/2024 nömrəli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “VAZ 2101” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar