Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-45/2023 16.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin MTT(037)-34/2022 nömrəli 18 avqust 2022-ci il tarixli qərardadı ilə X3 məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair X2 ərizəsinə 16 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İsmayıllı Rayon Məhkəməsinin MTT(037)-34/2022 nömrəli 18 avqust 2022-ci il tarixli qərardadına əsasən mülki işə baxılıb yekun məhkəmə qətnaməsi qəbul edilənədək cavabdeh X2 mülkiyyətində olan **-BA-*** qeydiyyat nişanlı, “VAZ 2106” minik markalı və **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş və müvəqqəti duracaqda yerləşdirilmişdir. Azər Abbasov ərizə ilə müraciət edərək **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azər Abbasov məhkəmə iclasında bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin MTT(037)-34/2022 nömrəli 18 avqust 2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi mülkiyyətində olan **-BA-*** qeydiyyat nişanlı, “VAZ 2106” minik markalı və **- HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş və müvəqqəti duracaqda yerləşdirilmişdir. Qətnamə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra mərhələsində iddiaçı Tələbkar ilə razılığa gəlmişdir. İddiaçı Tələbkar ərizəsi üzrə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda mülkiyyətində olan **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə zərurət yaranmışdır. Hazırda Tələbkar ilə razılığa gəlmiş və onun da mülkiyyətində olan **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə heç bir etirazı yoxdur. **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar və icra məmuru ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Tələbkar ərizə təqdim edərək Azər Abbasovla qarşılıqlı razılığa gəldiyini, Azər Abbasova məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair hər hansı bir etirazının olmadığını bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(037)-1023/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən - cavabdehlər X5 və X1 müştərək qaydada 13380 manat və 130,14 manat dövlət rüsum məbləği – cəmi 13510 (on üç min beş yüz on) manat 14 (on dörd) qəpik alınaraq iddiaçı Tələbkar verilməsi qət olunmuşdur. Qətnamənin icrasını təmin etmək məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinin MTT(037)-34/2022 nömrəli 18 avqust 2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi mülkiyyətində olan **-BA-*** qeydiyyat nişanlı, “VAZ 2106” minik markalı və **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş və müvəqqəti duracaqda yerləşdirilmişdir. Qətnamə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra mərhələsində X4 Süleymanlı razılığa gəlmişlər. Tələbkar ərizəsi üzrə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinə qaytarılmışdır. Azər Abbasov ərizə ilə müraciət edərək **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş edir. Tələbkar ərizə təqdim edərək Azər Abbasovla qarşılıqlı razılığa gəldiyini, Azər Abbasova məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair hər hansı bir etirazının olmadığını bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, borclu Azər Abbasova məxsus **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs məhkəmə qərardadı ilə qoyulduğundan, İcra sənədi Tələbkar ərizəsi üzrə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23-cü maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinə qaytarıldığından, Tələbkar ərizə təqdim edərək Azər Abbasovla qarşılıqlı razılığa gəldiyini, Azər Abbasova məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair hər hansı bir etirazının olmadığını bildirdiyindən və borcluya məxsus nəqliyyat vasitəsinin üzərində həbsin qalmasına zərurət olmadığından ərizənin təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. X2 mülkiyyətində olan **-HP-*** qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-45/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-45/2023
16.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver