Məhkəmə qərarları › İş №8(037)-49/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-49/2023

28.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-49/2023 28.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli 2(037)-1820 nömrəli icra sənədinin hissə-hissə icra olunması barədə borclu X3 ərizəsinə 28 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli 2(037)-1820 nömrəli məhkəmə əmri ilə borclular X4 və X1 müştərək qaydada 2110,74 USD kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq kreditor Bank Olmayan Kredit Təşkilatı Tələbkar hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri Maraqlı şəxs icraatındadır. X7 ərizə ilə müraciət edərək məhkəmənin göstərilən əmri üzrə ödənilməmiş qalan məbləğlərin hissə-hissə hər ay 20 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tale Səmədov ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 01 sentyabr 2016-cı tarixli məhkəmə əmrinə əsasən 2110,74 USD kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq kreditor Bank Olmayan Kredit Təşkilatı Tələbkar hesabına ödənilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə əmri 19 sentyabr 2016-cı il tarixdə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Həmin məbləği ödəmişdir. Lakin Maraqlı şəxs pulun guya qalıq hissəsi olan 600 manatı istəyir. İcra xidməti ödənilməmiş qalan məbləği bütövlükdə ödənilməsini tələb edir. Əks təqdirdə qəbul olunmuş məhkəmə qətnaməsini icra etmədiyinə görə cəzalandırılacağını bildirirlər. Borclu şəxs olaraq pulun hissə-hissə ödənilməmiş qalan məbləğin ödənilməsi üçün icra xidmətinə müraciət etsə də oradan bildirirlər ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini və ya hissə-hissə ödənilməsi onların səlahiyyətlərinə aid edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ailə vəziyyətini nəzərə alaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ödənilməmiş məbləğin hissə-hissə ödənilməsi üçün hər ay 20 manat olmaqla icra etməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə borclunun ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli 2(037)-1820 nömrəli məhkəmə əmri ilə X2 və X1 müştərək qaydada 1660 USD 42 sent əsas, 284 USD 28 sent faiz, 166 USD 04 sent cərimə olmaqla, cəmi 2110 USD 74 sent kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq kreditor Bank Olmayan Kredit Təşkilatı Tələbkar hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə əmri icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Şöbə tərəfindən 19 sentyabr 2016-cı il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. X7 qeyd olunan icra sənədi üzrə ödənilməmiş qalan məbləğlərin hissə-hissə hər ay 20 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb olunan borc məbləğinin hiss-hissə hər ay 20 manat ödənilməsi icra sənədinin icrasını uzun müddət ləngidə bilər və bu hal tələbkarın qanunla ona verilmiş hüquqlarının pozulması ilə nəticələnər. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə əmrinin hissə-hissə icra olunması üçün əsas olmadığından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayıllı rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli 2(037)-1820 nömrəli məhkəmə əmrinin hissə-hissə icra olunması barədə X7un ərizəsi təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar