Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-5/2025 17.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 17 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4955/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən 11 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinin icrasına 13 oktyabr 2023-cü il tarixli qərarla başlanılmış və qanunamüvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı İsmayıllı rayonu, Mican kəndi ünvanına icraata başlamaq haqqında qərarın surəti və bildirişi göndərilmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq borclu icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Hazırda Borclu aliment üzrə borcu 2004 manat təşkil edir. Borclunun məcburi gətirilməsi haqqında 27 dekabr 2024-cü il tarixdə qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənləri nəzərə alaraq Borclu İsmayıllı rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşə əlavə olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4955/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 11 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İşə əlavə olunmuş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, iş üzrə 13 yanvar 2023-cü il tarixdə icraata başlanılmışdır. İş əlavə olunmuş 13 yanvar 2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İşə əlavə olunmuş 27 dekabr 2024-cü il tarixli qərarən surətindən görünür ki, Borclu icra şöbəsinə məcburi gətirilməsi haqqında icra məmuru tərəfindən qərar qəbul olunmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4955/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 11 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş üzrə 13 yanvar 2023-cü il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Borclu icra məmurun çağrışlarına gəlməkdən yayınmışdır. İcra məmuru 27 dekabr 2024-cü il tarixdə Borclu məcburi gətiriliməsi haqqında qərar qəbul etdikdən sonra müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş üzrə göründüyü kimi icra məmuru tərəfindən qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlər görülmüş, lakin Borclu heç bir üzrlü səbəb olmadan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4955/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263-264,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuş və həmin ünvanda yaşayan borclu Əsədov X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə və İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-5/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-5/2025
17.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver