Məhkəmə qərarları › İş №8(037)-50/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-50/2025

30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-50/2025 30.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə X7 nümayəndəsi Nümayəndə, Tələbkar iştirakı ilə İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(037)-81 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə X1nun ərizəsinə 30 iyun 2025-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(037)-81 nömrəli qətnaməsinə əsasən Tələbkar ilə X6 arasında 11 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon İHB-nın Müdrü kənd İƏD üzrə nümayəndəliyində 02 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 noyabr 2018-ci il tarixdə doğulmuş X5 və 12 fevral 2020-ci il tarixdə doğulmuş X2 (anası) Tələbkar yanında saxlanılması, hər iki uşağın ataları X3 alınaraq anaları Tələbkar verilməsi, X3 hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləği ilə aliment alınaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar verilməsi, alimentin tutulması uşaqların atadan alınaraq anaya verildiyi gündən hesablanması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 1 ay müddətində uşaqların anaları Tələbkar ilə ünsiyyətlərinə şərait yaradılaraq, aralarındakı bağlılıq möhkəmləndirilməklə mərhələli şəkildə icra edilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün 28 aprel 2025-ci il tarixdə Maraqlı şəxsnə göndərilmiş, şöbə tərəfindən 29 aprel 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X6 cavabdeh Tələbkar qarşı uşaqların yaşayış yerinin atanın yanında müəyyən edilməsi və ekspertiza təyin olunmasına dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 23 iyun 2025-ci il tarixli 2(037)-998 nömrəli qərardadına əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunması və iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. X6 ərizə ilə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(037)-81 nömrəli qətnaməsinin icrası üzrə aparılan icra işinin icrasının uşaqların maraqlarına zidd olması və faktiki vəziyyətin dəyişməsi səbəbi ilə, həmçinin əsas iş üzrə uşaqların yaşayış yerinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə baxılıb nəticələnənədək icranın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar izahat verərək göstərdi ki, borclu müxtəlif bəhanələrlə qətnamənin icrasını iki ildir ki, yubadır. Uşaqların ona verilməsindən yayınır və qaçıb gizlənir. Qətnaməni icra etmədiyindən Sabunçu Rayon Məhkəməsi tərəfindən borclu 500 manat inzibati cərimə olunmuşdur. Uşaqların ona münasibəti yaxşıdır. Təklikdə olanda onun yanında qalmalarını arzu edirlər. Lakin borclu uşaqlara müxtəlif yollarla təsir edir. Ərizənin təmin edilməməsini xahiş edir. X7 nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, yeni iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Həmin iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılmışdır. Qərardaddan narazıdır və şikayət verəcəkdir. İşlər bir-biri ilə əlaqəli olduğundan həmin şikayətə baxılıb qutaranadək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, uşaqlar atasının yanındadır. Normal şəkildə məktəbə və baxçaya gedirlər. Anaları ilə ünsiyyət saxlamalarına heç bir maneçilik törədilmir. X1 məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəmə iclasının borclunun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşə borclunun və Maraqlı şəxs icra məmurunun iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(037)-81 nömrəli qətnaməsinə əsasən Tələbkar ilə X6 arasında 11 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon İHB-nın Müdrü kənd İƏD üzrə nümayəndəliyində 02 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 noyabr 2018-ci il tarixdə doğulmuş X5 və 12 fevral 2020-ci il tarixdə doğulmuş X2 (anası) Tələbkar yanında saxlanılması, hər iki uşağın ataları X3 alınaraq anaları Tələbkar verilməsi, X3 hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləği ilə aliment alınaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Tələbkar verilməsi, alimentin tutulması uşaqların atadan alınaraq anaya verildiyi gündən hesablanması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 1 ay müddətində uşaqların anaları Tələbkar ilə ünsiyyətlərinə şərait yaradılaraq, aralarındakı bağlılıq möhkəmləndirilməklə mərhələli şəkildə icra edilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün 28 aprel 2025-ci il tarixdə Maraqlı şəxsnə göndərilmiş, şöbə tərəfindən 29 aprel 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X6 cavabdeh Tələbkar qarşı uşaqların yaşayış yerinin atanın yanında müəyyən edilməsi və ekspertiza təyin olunmasına dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 23 iyun 2025-ci il tarixli 2(037)-998 nömrəli qərardadına əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunması və iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. X6 ərizə ilə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(037)-81 nömrəli qətnaməsinin icrası üzrə aparılan icra işinin icrasının uşaqların maraqlarına zidd olması və faktiki vəziyyətin dəyişməsi səbəbi ilə, həmçinin əsas iş üzrə uşaqların yaşayış yerinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə baxılıb nəticələnənədək icranın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir Göründüyü kimi borclu icra sənədinin icrasından müxtəlif vasitələrlə yayınır. Məhkəməyə eyni tərəf, eyni əsas və eyni predmet olmaqla verdiyi iddia ərizəsini əsas gətirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını dayandırmaqla icra işinin icrasını süni şəkildə yubatmağa nail olmaq istəyir. Şəxsin məhkəməyə müraciət etmə hüququ olmaqla yanaşı, bu hüquqdan sui-istifadə şəkilində istifadə eilməklə digər tərəfin hüquqlarını pozmamalıdır. Belə ki, bu kimi (nikahın pozulması, aliment, uşaq tələbi, uşaqla ünsiyyət və s) tələblər dəyişən hüquq münasibətlərinə istinadən verilməklə, tələbin əsası da sonradan münasibətlərin əhəmiyyətli dərəcədə dəyişməsini ehteva edir, məhz belə olan halda tərəfin uşaq tələbi ilə məhkəməyə eyni əsas və tələblə yenidən müraciət etməsi ağlabatan hesab edilə bilər. Əks yanaşma artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının illərlə əsassız olaraq məhkəmə müstəvisinə çıxarılması ilə nəticələnəcəkdir ki, bu hal isə yolverilməz olmaqla, məhkəmə aktları ilə varmaq istənilən məqsəd və nəticə ilə uzlaşmır. İstər məhkəməyə təqdim olunmuş ərizədə, istərsə də ərizəyə baxılmasına dair məhkəmə iclasında qeyd olunan icra sənədi üzrə icraatın dayandırılması zəruriliyinin əsasları müəyyən edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda, icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə və borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər: Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, icraatın dayandırılması icra sənədinin icrasını uzun müddət ləngidə bilər və bu hal tələbkarın qanunla ona verilmiş hüquqlarının pozulması ilə nəticələnər. Eyni zamanda bir tərəfin məhkəməyə müraciət etməsi digər tərəfin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Ona görə də hazırkı icra sənədi üzrə icraatın dayandırılması zəruriliyi üçün əsaslar müəyyən edilmədiyindən ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(037)-81 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə X1nun ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində electron qaydada qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar