Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-52/2024 06.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil, Tələbkar Borclu, Maraqlı şəxs icra məmuru Rahim Mustafayevin iştirakı ilə, X1 tərəfindən verilmiş “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 16(037)- 34/2013 saylı, xx.xx.2023-cü il tarixli qərardadı üzrə icra üsulunun və qaydasının dəyişdirlməklə, iddiaçı Borclu 24 noyabr 2018-ci il təvəllüdlü Nurlan və 12 fevral 2020-ci il təvəllüdlü Jasmin adlı uşaqlarla hər həftənin şənbə və bazar günləri Sabunçu rayonu, Romanı 450 ünvanında görüşün müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon 16(037)-34/2013 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Borclu 24 noyabr 2018-ci il təvəllüdlü Nurlan və 12 fevral 2020-ci il təvəllüdlü Jasmin adlı uşaqlarla hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə qərardad qəbul edilmiş, qərardadın icra yeri İsmayıllı şəhərinin ərazisi müəyyən edilmişdir. Qərardadda da göstərildiyi kimi uşaqlar körpədirlər, azyaşlıdırlar. O Bakı şəhəri Sabunçu rayonu, Romanı 450 ünvanında yaşamaqla orada əmək fəaliyyəti ilə məşğul olur. Azyaşlı uşaqların hər həftənin şənbə və bazar günləri İsmayıllı şəhərinə gətirilməsi və qaytarılması çox böyük çətinliklər törədir, hər fədə gəlib qayıtdıqda uşalar xəstələnirlər. Belə ki, 09 mart 2024-cü il tarixdə o uşaqları ilə birlikdə iddiaçı ilə görüşmək üçün İsmayıllı şəhərinə gəlmiş, həmin vaxtdan uşaqlar xəstələnmiş və hal-hazırda da onların müalicəsi davam edir. Qeydetdiyi kimi körpə uşaqların hər həftənin şənbə və bazar günləri İsmayıllı şəhərinə gətiroilməsi mümkün deyildir və bu uşaqların psixologiyasına da çox pis təsir göstərir. İddiaç Borclu Bakı gələrək uşaqları ilə görüşməsi onun üçün mümkündür və rahatdır. Ona görə də qərardadın icra üsulunun dəyişdirilməsi zəruridir. Məhkəmə iclasında X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkileyni məzmunlu ifadə verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs icra məmuru Rahim Mustafayev bildirdi ki, İsmayıllı Rayon 16(037)- 34/2013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Borclu 24 noyabr 2018-ci il təvəllüdlü Nurlan və 12 fevral 2020-ci il təvəllüdlü Jasmin adlı uşaqlarla hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə qərardad qəbul edilmiş, qərardadın icra yeri İsmayıllı şəhərinin ərazisi müəyyən edilmişdir Qərardad icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, bir neçə dəfə icra tədbiri hayat keçirilərək borcluya uşaqların gətirilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin borclu uşaqların xəstə olmaları, özünün fərdi əməklə məşğul olması və bu kimi əsaslarla qərardadı icra etməkdən qərəzli yayınmış və barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmiş və 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında tələbkar Borclu ərizəni qəbul etməyərək göstərdi ki, onların Bakı şəhərində yaşayış yerləri yoxdur, əmisi Bakı şəhərində yaşasa da həyat yoldaşı rəhmətı getdiyindən orada görüş mümkün deyil, onun uşaqları ilə görüşməsi üçün İsmayıllı şəhəri rahatdır, ona görə də ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X4 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İsmayıllı Rayon 16(037)-34/2013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Borclu 24 noyabr 2018-ci il təvəllüdlü Nurlan və 12 fevral 2020-ci il təvəllüdlü Jasmin adlı uşaqlarla hər həftənin şənbə və bazar günləri yanında qalmaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə qərardad qəbul edilmiş, qərardadın icra yeri İsmayıllı şəhərinin ərazisi müəyyən edilmiş, qərardad icraya yönəldildikdən sonra borclunun azyaşlı uşaqlara birlikdə Bakı şəhərinə köçərək orada yaşaması müəyyən edilmiş,(bu işin mübahisəsiz halıdır), borclu məhkəmə qərardadını qərəzli icra etmədiyinə görə(İXM 528.1) inzibati qaydada tənbeh (500 manat cərimə) edilmişdir. Məhkəmə hesab edir ki, qərardad icraya yönəldikdən sonra uşaqların daimi yaşayış yerləri dəyişmiş, hal-hazırda uşaqlar ataları, hazırki tələb üzrə borclu olan X3 ilə Bakı şəhərində yaşadıqlarından, eyni zamanda uşaqların yaşı, (4 və 6 yaş), hər həftənin şənbə və bazar günləri Bakı şəhərindən İsmayıllı şəhərinə gəltirilmələri həm onların sağlığı həm də psixologiyaları baxımından onların mənafeinə uyğun deyil. Belə ki, hazırda həm Muğanlı-İsmayıllı yolunun əsaslı yenidən qurulması üçün aparılan işlər nəticəsində yolların demək olar ki, avtomobiillərin hərəkətinə yararsız olması, bu səbəbdən hər an təhlükənin baş verə biləcəyi, eyni zamanda hər həftənin şənbə və bazar günləri azyaşlı uşaqların sağlamlıqları üçün təhlükə ola bilmə ehtimalının yüksək olması, bir daha onu deməyə əsas verir ki, uşaqların görüş yerinin dəyişdirilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə gələrkən ata və anaya münasibətdə uşaqların mənafeini daha üstün tutmuşdur. İstisna deyildir ki, uşaqla görüş hüququ müəyyən edilmiş tələbkarın Bakı şəhərində yaşayış yerinin olmaması, uşaqlarla ünsiyyətində müəyyən çətinliklər yaradacaqdır (baxmayaraq ki, tələbkar əmisinin Bakı şəhərində yaşadığını qeyd edir.), lakin mənafelər arasında mütənasiblik təmin edilərkən valideynlərə nisbətdə uşaqların mənafeyi daha üstün tutulmalıdır. Məhz bu səbəbdən məhkəmə uşaqların mənafeyini üstün tutaraq hazırda faktini yaşadıqları yerdə icra hərəkətlərinin davam etdirilməsini və nəticədə icra üsulunun dəyişdirilməsini məqsədə müvafiq hesab edir. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı ilə uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid edilməsi, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillərin nəzərə alınması, həmçinin tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X1 tərəfindən verilmiş “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsi təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 16(037)-34/2013 saylı, xx.xx.2023-cü il tarixli qərardadı üzrə icra üsulunun və qaydasının dəyişdirlməklə, iddiaçı Borclu 24 noyabr 2018-ci il təvəllüdlü Nurlan və 12 fevral 2020-ci il təvəllüdlü Jasmin adlı uşaqlarla hər həftənin şənbə və bazar günləri görüş və uşaqların qaytarılması yeri İsmayıllı şəhərindən, Bakı şəhəri Sabunçu rayonu ərazisinə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən verilmiş “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsi təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 16(037)-34/2013 saylı, xx.xx.2023-cü il tarixli qərardadı üzrə icra üsulunun və qaydasının dəyişdirlməklə, iddiaçı Borclu 24 noyabr 2018ci il təvəllüdlü Nurlan və 12 fevral 2020-ci il təvəllüdlü Jasmin adlı uşaqlarla hər həftənin şənbə və bazar günləri görüş görüş və uşaqların qaytarılması yeri İsmayıllı şəhərindən, Bakı şəhəri Sabunçu rayonu ərazisinə dəyişdirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-52/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-52/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver