Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-53/2025 08.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi Ərizəçi X2 nümayəndəsi Nümayəndə Borclu X1 iştirakları ilə Tələbkar X2 Borclu qarşı aliment məbləğinin indeksasiya olunması barədə ərizəyə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar X4 Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli 2(037)-1151/2015 nömrəli qətnaməsi ilə 15 fevral 2008-ci il tarixdə doğulmuş X9 və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar X4 məhkəmə iclasına gəlməmiş, onu məhkəmə iclasında etibarnamə üzrə nümayəndəsi Nümayəndə təmsil etmişdir. Tələbkarın nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, hal-hazırda ölkədə bütün ərzaq məhsullarının və kommunal xidmətlərin qiyməti, eyni zamanda uşaqların təhsil, məişət və müalicə xərcləri xeyli artmışdır. Bu xərclərin ödənilməsi üçün onun maddi imkanı kifayət etmir. Təyin olunmuş aliment hər iki uşağın minimum tələbatını ödəmir. Əlavə olaraq bildirdi ki, tərəflərin övladı Pulatov Ernest ali məktəbə daxil olmuş, digər övladı Pulatov Eldar isə anadangəlmə ürək qüsurludur. Təkcə uşağın müalicə xərclərinə xeyli vəsait tələb olunur. Borclu isə ödədiyi az miqdarda alimentdən başqa heç bir köməklik etmir. Bu səbəbdən ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, heç yerdə işləmir və yalnız fərdi əməklə məşğul olur. Məhz bu səbəbdən alimentin indeksasiyasını həyata keçirərkən onun maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə İsmayıllı Rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və məhkəmənin mövqeyi, Məhkəmə tərəflərin izahatını dinləyərək və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin alimentin indeksasiyası qaydasını müəyyən edən 110-cu maddəsinə müvafiq olaraq məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1 və 8.4-2-ci bəndlərinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1 və 232.3-cü maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(037)-1151/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, X4 ilə Borclu arasında 12 may 2010-cu il tarixdə İsmayıllı rayon İHB-nın İvanovka İƏD üzrə nümayəndəliyində 04 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, 15 fevral 2008-ci il tarixdə doğulmuş X9 və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X10 boşanmadan sonra anası X2 yanında saxlanılmış, 13 oktyabr 2015-ci il tarixdən başlayaraq Borclu hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 15 fevral 2008-ci il tarixdə doğulmuş X9 və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün X3 ödənilməsi qət edilmişdir. Ölkə Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat (2017-ci il yanvarın 1-dək) müəyyən edilmişdir. Dövlət başçısının “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli 419 nömrəli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat təşkil edir. Eyni zamanda “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 2024-cü il 16 dekabr tarixli 96-VİİQ nömrəli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlara münasbətdə 246 manatdır. Göründüyü kimi, yuxarıda sözügedən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşağın tələbatını ödəmir və uşağın maraqlarını pozur yəni hər uşağa müəyyən edilmiş 75 manat aliment məbləği uşaqlar üçün müəyyən edilmiş 246 manat yaşayış minimumundan da azdır. Beləliklə, məhkəmə qeyd edir ki, 2015-ci ildə ölkə üzrə müəyyən edilimiş minimum əmək haqqı 105 manat olarkən qətnamə ilə bir uşağın saxlanılması 75 manat (2015-ci il üzrə minimum əmək haqqının 0,71 mislində) təşkil edir. 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2015-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,71 mislini təşkil etdiyi nəzərə alınmalıdır. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində indeksasiya olunmalıdır. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, həmçinin ərizəçi maddi cəhətdən çətinlik çəkdiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, məhkəməyə müraciət olunmuş 02 iyul 2025-ci il tarixdən başlayaraq, 15 fevral 2008-ci il tarixdə doğulmuş X9 və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı Ərizə təmin edilsin. 02 iyul 2025-ci il tarixdən başlayaraq,15 fevral 2008-ci il tarixdə doğulmuş X9 və 26 noyabr 2009-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu hər ay hər uşağa görə sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində aliment tutularaq X3 ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №8(037)-53/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-53/2025
08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver