Məhkəmə qərarları › İş №8(037)-54/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-54/2025

23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-54/2025 23.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 23 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1226/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilən alimentin miqdarının artırılaraq Borclu hər ay hər uşağa 130 manat olmaqla cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq X3, X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilməlidir. İcra sənədi 02 dekabr 2022-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov, Borclu və Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1226/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci ildə doğulmuş X3, xx.xx.2008-ci il tarixdə doğulmuş X2 və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilən alimentin miqdarının artırılaraq Borclu hər ay hər uşağa 130 manat olmaqla cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq X3, X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar ödənilməlidir. İş materialarında olan xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə 07 dekabr 2022-ci il tarixdə icraata başlanılmışdır. İş materialarında olan 07 dekabr 2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan 06 mart 2023-ci il tarixli izahatın surətindən görünür ki, Borclu daimi iş yerinin olmaması səbəbindən aliment borcundan ödəniş edə bilmir. Sonuncu dəfə hər ay 50 manat olmaqla aliment borcu ödəniş etmişdir. Daimi iş yeri olduqdan sonra aliment borcundan ödəniş edəcəkdir. İş materiallarında olan Tələbkar İsmayıllı rayon icra və probasiya şöbəsinə verdiyi 09 iyul 2025-ci il tarixli ərizənin surətindən görünür ki, borclunun ona 12000 manat aliment borcu vardır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etmişdir. Öhdəliyini tam icra etmədiyi üçün barəsində müvafiq icra tədbirləri görülməsi xahiş olunmuşdur. İş materiallarında 09 iyul 2025-ci il tarixli İcra və probasiya şöbəsinin məktubunun surətindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativində işləyən Borclu gəlirindən hər ay 70% tutularaq tələbkarın hesabına ödənilməsi tələb edilir. İş materiallarında olan 23 iyul 2025-ci il tarixli İcra və probasiya şöbəsinin məktubunun surətindən görünür ki, icra işi üzrə borclunun 12000 manat borclu vardır. İş materialarında olan sərhədkeçmə məlumatlarına dair çıxarışdan görünür ki, borclu ölkə ərazisindən kənara çıxış-giriş etməmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Bu səbəbdən icra məmuru təqdimatla müraciət edərək borclunun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun icra sənədi üzrə borcunu ödəməməsi və ölkə ərazisini tərk etmək ehtimalı olduğunu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1226/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar