Məhkəmə qərarları › İş №8(037)-56/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-56/2023

29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-56/2023 29.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qasımov Babək Natiq oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İsmayıllı rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(037)-1477 nömrəli məhkəmə əmrinin hissə-hissə icra olunması barədə borclu X1 ərizəsinə baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(037)-1477 nömrəli məhkəmə əmri ilə cavabdehlər X3 və X2 müştərək qaydada cəmi 2553 (iki min beş yüz əlli üç) manat məbləğinin alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə əmri Maraqlı şəxs icraatındadır. X4 ərizə ilə müraciət edərək məhkəmənin göstərilən qətnaməsi üzrə ödənilməmiş qalan 597,39 manat məbləğinin hissə-hissə hər ay 10 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Firəngiz Əhmədova ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 10 dekabr 2015-ci tarixli məhkəmə əmrinə əsasən cəmi 2553 manat məbləğinin onlardan Tələbkar ASC-xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan məhkəmə əmri 2016-cı ildə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs yenidən 05 iyul 2023-cü il tarixdə iş üzrə icraata başlamaq haqqında haqqında qərar qəbul edərək məhkəmə əmrində göstərilən məbləği onlardan tələb edir. Borclu şəxs olaraq pulun hissə-hissə ödənilməmiş qalan məbləğinin ödənilməsi üçün icra xidmətinə müraciət etsə də oradan bildirirlər ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi və ya hissə-hissə ödənilməsi onların səlahiyyətlərinə aid edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ailə vəziyyətini nəzərə alaraq məhkəmə əmi ilə müəyyən edilmiş və ödənilməmiş qalan 597,39 manat məbləğinin hissə-hissə hər ay 10 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə borclunun ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(037)-1477 nömrəli məhkəmə əmrinə əsasən borclular X3 və X2 müştərək qaydada 1886 manat əsas, 447 manat faiz və 200 manat cərimə, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2553 (iki min beş yüz əlli üç) manat məbləğinin alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri icra olunması üçün 25 dekabr 2015-ci il tarixdə Maraqlı şəxsnə göndərilmişdir. Şöbə tərəfindən 05 yanvar 2016-cı il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Tələbkar ləğv prosesində olan Tələbkar ASC müraciət edərək məhkəmənin 10 dekabr 2015-ci il tarixli 2(037)-1477 nömrəli məhkəmə əmrinin Maraqlı şəxsndə olmadığını bildirmiş və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkarın müraciətinə əsasən göstərilən icra sənədi icra olunması üçün 20 iyul 2023-cü il tarixdə yenidən Maraqlı şəxsnə göndərilmişdir. Şöbə tərəfindən 02 avqust 2023cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. X4 qeyd olunan məhkəmə əmri üzrə ödənilməmiş qalan 597,39 manat məbləğinin hissə-hissə hər ay 10 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə hesab edir ki, qətnamə üzrə tələb olunan borc məbləğinin hiss-hissə hər ay 10 manat ödənilməsi icra sənədinin icrasını uzun müddət ləngidə bilər və bu hal tələbkarın qanunla ona verilmiş hüquqlarının pozulması ilə nəticələnər. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə əmrinin hissə-hissə icra olunması üçün əsas olmadığından ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayıllı rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(037)-1477 nömrəli məhkəmə əmrinin hissə-hissə icra olunması barədə X4nın ərizəsi təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar