Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-56/2024 20.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 20 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(037)-78/2023-054 nömrəli icra sənədinə əsasən Borclu maddi ziyana görə 3020 manat,vəkil xidmətinə çəkilən xərcə görə 300 manat və dövlət rüsumuna görə 50.20 manat olmaqla, cəmi 3370.20 manat pul alınıb Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, sürəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin təmin etməıdiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron system vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus reyestr nömrəsi **********10 olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində ümumi sahəsi 0.12 hektar həyətyanı torpaq sahəsi olması müəyyən edilmişdir.İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki,məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev, Tələbkar və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci hissəsinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin Qərarla təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşdırılması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti araşdırılmış, araşdırma nəticəsində borclunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi olması müəyyən edilmişdir. Bundan sonra icra məmuru sorğu verərək müvafiq orqandan həmin əmlakın qeydiyyat vəsiqəsinin surətini almadan, ailə üzvlərinin sayı və hər bir ailə üzvünə çatan payın miqdarı barədə araşdırma aparmadan təqdimatla məhkəməyə müraciət etmişdir.Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borclunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu,Qubaxəlilli kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na daxil olan əmlaklara daxildir. Bundan əlavə Borclu icra sənədi üzrə Tələbkar olan 3370.20 manat borc məbləği ilə tələbin yönəldildiyi daşınmaz əmlakın ümumi dəyəri arasındakı mütənasiblik əsaslandırılmamışdır. Belə ki, 3370.20 manat borc məbləğinə görə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması sonuncunun mənafeyinə uyğun deyil və onun mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən,tələb,borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində,təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək,borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə İcra haqqında Azərbaycan Respublikası Qanunun qeyd olunan normasının tələbləri baxımından təqdimatı və icra işini tədqiq edərək hesab edir ki, icra məmuru “İcra haqqında” Qanunun 45-ci maddəsinə qeyd olunmuş tələblərə əməl etməmişdir. Məhkəmə hesab edir ki, üzərinə həbs qoyulması xahiş edilmiş əmlakın dəyəri və onun borc məbləği ilə mütənasibliyi əsaslandırılmamışdır. Belə ki, icra qanunvericiliyinin tələblərinə əsasən icra tədbirlərinin aparılması ardıcıllığı barədə məhkəməyə icra məmuru tərəfindən lazımi sübutlar təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Borclu və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu,Qubaxəlilli kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na daxil olan əmlak olduğundan və eyni zamanda Borclu Tələbkar olan 3370.20 manat borc məbləği ilə tələbin yönəldildiyi daşınmaz əmlakın ümumi dəyəri arasında mütənasiblik əsaslandırılmadığından təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-56/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-56/2024
20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver