Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-57/2023 05.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qasımov Babək Natiq oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İsmayıllı rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli e-2(037)-90 nömrəli qətnaməsinə əsasən Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X1 və Borclu cəmi 11667,19 manat məbləğinin iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 25 aprel 2023-cü il icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev təqdimatla müraciət edərək icra sənədi üzrə aliment məbləğinin ödənilməsi məqsədi ilə Borclu adına qeydə alınmış “VAZ-21063” minik markalı “** BB ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayınır. Könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyindən borclunun əmlak vəziyyəti elektron sistem vasitəsilə yoxlanılmışdır. Borclu Hacı Babayevin adına “VAZ-21063” minik markalı “** BB ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədi üzrə borcun ödənilməsini təmin etmək məqsədi ilə göstərilən avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş edir. Tərəflər təqdimata baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli e-2(037)-90 nömrəli qətnaməsinə əsasən Tələbkar Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış 04 aprel 2022-ci il tarixli ******* saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X1 və Borclu iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11000 manat əsas, 542.56 manat faiz və 124.63 manat dövlət rüsumu olmaqla, cəmi 11667,19 (on bir min altı yüz altmış yeddi manat on doqquz qəpik) manat məbləğinin tutulması qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 25 aprel 2023-cü il icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclular icra sənədi üzrə borc məbləğinin ödənilməsini təmin etməmişlər. Borclu əmlak vəziyyəti ilə bağlı araşdırma aparılmış, adına “VAZ-21063” minik markalı “** BB ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra məmuru təqdimat verərək həmin avtomaşının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun 44.1 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən könüllü icra üçün borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yeterli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbun yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nəğd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. Məhkəmə qərara gəlir ki, icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu adına qeydə alınmış “VAZ-21063” markalı “** BB ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış “VAZ-21063” minik markalı “** BB ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №8(037)-57/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-57/2023
05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver