Məhkəmə qərarları › İş №8(037)-58/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-58/2023

12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-58/2023 12.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 12 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli e-2(063)-264 nömrəli qətnaməsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq X1 ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru Rahim Mustafayev təqdimatın məzmununa uyğun izahat verərək göstərdi ki, icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borclu Cəlal Quliyevə göndərilmiş, tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən olunmuşdur. Lakin borclu könüllü müddət ərzində icra sənədinin icrasını təmin etməmişdir. Borclu icra sənədi üzrə aliment borcundan son bir il ərzində cəmi 1415 manat ödəniş etmiş, 2750 manat aliment borcu qalmışdır. Borclunun ölkə ərazisini tərk edərək xaricdə gizlənmə ehtimalı vardır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsəd ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin olunmasını xahiş edir. Borclu izahat verərək göstərdi ki, aliment borcundan müxtəlif vaxtlarda ödənişlər etmiş, bu gün isə 340 manat ödəyərək qəbzləri icra şöbəsinə təqdim etmişdir. Bundan sonra da hər ay 150-170 manat arasında ödənişlər edəcəkdir. O, heç bir xarici ölkəyə getmək niyyətində deyildir. Təqdimata dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Tələbkar təqdimata baxılması üzrə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə icra məmurunun və borclunun izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq qərara gəlir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ucar Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli e-2(063)-264 nömrəli qətnaməsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq X1 ödənilməsi qət olunmuşdur. Qətnamə üzrə çıxarılmış 19 may 2020-ci il icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, icra sənədi üzrə aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. İcra məmuru təqdimatla müraciət edərək Borclu ölkə ərazisini tərk edərək xaricdə gizlənmə ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş edir. Borclu maddi imkanı olmadığından yaranmış aliment borcunu birdəfəyə ödəyə bilmədiyini göstərir və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbədən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Borclu ölkə ərazisini tərk edərək xaricdə gizlənmə ehtimalı olduğu nəzərə alınaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın təmin olunması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı Təqdimat təmin edilsin. xx xxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olmuş, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar