Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-58/2024 23.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3974/2023-004 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata və ona əlavə edilmiş sənədlərə 23 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3974/2023-004 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq 07 fevral 2019-cu il təvəllüdlü X3 və 08 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment Borclu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir.İcra sənədi icra edilməsi üçün İsmayıllı rayon icra və probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın sürəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən İsmayıllı şəhəri, Mübariz İbrahimov küçəsi 23 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. İcraata başlamaq haqqında qərarı surəti Borclu yaşadığı ünvana göndərilmiş və borclu həmin qərardan şikayət verməmişdir.Ona görə də İsmayıllı şəhəri, Mübariz İbrahimov küçəsi 23 ünvanında yaşayan Borclu İsmayıllı rayon icra və probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Təqdimata baxılanadək İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayev məhkəməyə dəftərxana vasitəsilə məktub göndərərək Borclu şöbəyə könüllü gəldiyindən onun barəsində olan məcburi gətirilmə barədə təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İsmayıllı rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin məktubunu, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunmasına dair İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-58/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-58/2024
23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver