Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-59/2024 23.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata 23 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 184/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1988-ci ildə anadan olmuş İsmayıllı rayonu, Aşağı Zərnava kəndi ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına, xx.xx.2023-cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmiş, lakin icra sənədlərinin icrası könüllü təmin edilməmişdir. Hal hazırda Borclu adına hər hansı daşınar yaxud daşınmaz əmlak mövcud deyildir. İcra sənədi araşdırılarkən Borclu İsmayıllı Rayon Məhkəməsinin 2(037)-184/2023- 013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödənilməmiş 5920 manat məbləğində aliment borcunun yarandığı müəyyən olunmuşdur. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcunun ödənilməsindən yayınması, borclunun hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra hərəkətlərinin davam etdirilməsinə mane olur. İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayev təqdimata uyğun izahat verərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək göstərdi ki, tələbkara olan aliment borcunun yaranması birgə yaşadıqları dövürdən qalmış borc olduğunu, hal-hazırda ölkə xaricinə çıxması üçün zərurət olmadığını bildirdi və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Tələbkar təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Rahim Mustafayevin və Borclu izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri icra işi ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən böyük icra məmuru tərəfindən hazırkı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının müəyyən edilməsi üzrə zəruri tədbirlər görülmüş və borclu şəxsin adında hər hansı əmlak aşkar edilməmişdir. Habelə, təqdimata əlavə olunmuş sənədlərdən və icra işindən görünür ki, Borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, icra sənədi üzrə tələbi yerinə yetirmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, təqdimatdan və təqdim edilmiş sənədlərdən görünür ki, borclu Abasov X1 Rayon Məhkəməsinin 2(037)-184/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və nəticədə qeyd olunan icra sənədi üzrə ödənilməmiş 5920 manat borcu yaranmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu icra sənədinin icrası təmin edilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-184/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə borc məbləği tam ödənilənədək İsmayıllı rayonu, Aşağı Zərnava kəndi ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1988-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-59/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-59/2024
23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver