Məhkəmə qərarları › İş №8(037)-6/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-6/2025

24.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-6/2025 24.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İsmayıllı Rayon Məhkəməsinin hakimi 03 iyun 2024-cü il tarixli e-2(037)-697 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimatı və ona əlavə olunmuş sənədləri 24 yanvar 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin hakimi 03 iyun 2024-cü il tarixli e-2(037)-697 nömrəli icra sənədinə əsasən cavabdeh Borclu 1800 manat əsas borc, 180 manat cərimə, 39,8 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2019,8 manat məbləğinin alınaraq iddiaçı Tələbkar MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra 09 avqust 2024-cü il tarixdə icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, 09 avqust 2024-cü il tarixli qərarla icraata başlanılmış İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(037)-697/2024-009 nömrəli 09 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2019.8 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 09 avqust 2024-cü il tarixində İsmayıllı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, təqdimat və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli e-2(037)-697 nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu 1800 manat əsas borc, 180 manat cərimə, 39,8 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 2019,8 manat məbləğinin alınaraq iddiaçı Tələbkar MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra 09 avqust 2024-cü il tarixdə icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq sorğular aparılsa da, icra sənədi üzrə icraata başlama haqqında qərarın surətinin qanunla müəyyən olunmuş müddətdə tələbkara və borcluya göndərilibgöndərilməməsi, könüllü icra müddətinin təyin olunması, bununla bağlı bildirişin vaxtında borcluya çatdırılması, qanunda nəzərdə tutulmuş digər məcburi icra tədbirlərinin görülübgörülməməsi ilə bağlı icra məmuru tərəfindən edilməli olan icra hərəkətlərinə dair sübutlar təqdimat materiallarında yoxdur. Bundan başqa borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən təqdimat verilsə də, qətnamə icraya yönəldiləndən sonra keçən müddət ərzində Borclu ölkə ərazisindən nə vaxt kənara çıxması və qayıtması dəqiqləşdirilməmiş, bununla bağlı Dövlət Sərhəd Xidmətinə və digər orqanlara müvafiq sorğular göndərilməmişdir. Bununla da borclunun ölkə ərazisini tərk edib getmək ehtimalının real olub-olmaması müəyyən edilməmişdir. Eyni zamanda, icra məmurunun təqdimatında borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hazırki icra sənədinin icrasının təmin edilməsi ilə bağlı nə kimi müsbət nəticələr verə biləcəyi də əsaslandırılmamışdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzürsüz səbəbdən icra edilməməsi halında, həm də icra sənədinin icrası borclunun şəxsiyyəti ilə bağlı olub onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlı olduğundan bu qərar yetərincə əsaslı olmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hazırki vəziyyətdə onun bir vətəndaş kimi digər hüquqlarının əsassız olaraq faktiki şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması sonuncu və mühüm icra tədbirlərindən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Göründüyü kimi icra məmuru tərəfindən icra işi üzrə müvafiq icra hərəkətləri aparılmadan sonuncu məcburi icra tədbiri olan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Ona görə də təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2(037)-697 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar