Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-60/2022 28.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayevin təqdimatına İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayıllı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev təqdimatla məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-502/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə aliment tam ödənilənədək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 502/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq, iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 130 manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmiş,lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Hal hazırda Borclu adına hər hansı daşınar yaxud daşınmaz əmlak mövcud deyildir. İcra sənədi araşdırılarkən Borclu 2560 manat məbləğində borcunun yarandığı müəyyən olunmuşdur. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan aliment borcunun ödənilməsindən yayınması, borclunun hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır.Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbiri kimi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayev məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar X2 təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişdir. Borclu təqdimata baxılmasına dair məhkəmə iclasında izahat verərək təqdimatın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş, İsmayıllı rayon icra və probasiya şöbəsinin 27 oktyabr 2022-ci tarixli, 238329/2021-45-1 saylı arayışından görünür ki, Borclu icra sənədi üzrə ödənilməmiş 2560 manat aliment borcu qalmışdır. İş materiallarına əlavə olunmuş, 13 oktyabr 2022-ci il tarixdə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə sorğulanmış Borclu barəsində olan şəxsi kartoçkadan görünür ki, ********** qeydiyyat nömrəli sənədə əsasən Borclu adında torpaq sahəsi qeydə alınmışdır. Məhkəmə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayevin və Borclu izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti araşdırılmışdır. Araşdırma nəticəsində icra məmuru tərəfindən borcluya məxsus daşınmaz əmlak olmadığı müəyyən edilərək hazırkı təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimata əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən icra məmuru tərəfindən təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışda Borclu adına ********** qeydiyyat nömrəli sənədə əsasən torpaq sahəsi qeydə alındığı müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru tərəfindən hazırkı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının müəyyən edilməsi üzrə zəruri tədbirlər görülməmiş, borclu şəxsin adında əmlak olduğu halda icra məmuru tərəfindən icra qanunvericiliyinin tələblərinə əsasən icra tədbirlərinin aparılması ardıcıllığı gözlənilmədən hazırkı təqdimatla məhkəməyə müraciət edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzürsüz səbəbdən icra edilməməsi halında həm də icra sənədinin icrası borclunun şəxsiyyəti ilə bağlı olub onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması şəxsin konstitusion hüquqları ilə bağlı olduğundan bu qərarlar yetərincə əsaslı olmalıdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hazırkı vəziyyətdə onun bir vətəndaş kimi digər hüquqlarının əsassız olaraq faktiki şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması sonuncu və mühüm icra tədbirlərindən biri kimi qiymətləndirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən,tələb,borclunun əmlakına,o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə,habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində,təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə görə,borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək,borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Məhkəmə İcra haqqında Azərbaycan Respublikası Qanunun qeyd olunan normasının tələbləri baxımından təqdimatı və icra işini tədqiq edərək hesab edir ki, icra məmuru “İcra haqqında” Qanunun 45-ci maddəsinə qeyd olunmuş tələblərə əməl etməmişdir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən hazırkı təqdimatla məhkəməyə müraciət edilməzdən əvvəl qanunvericiliyin tələblərinə əsasən borclunun adına hər hansı əmlakın qeydə alınıb-alınmamasının müəyyən edilməsi üzrə zəruri tədbirlər görülməmiş, borclu şəxsin adında ********** qeydiyyat nömrəli sənəd əsasında torpaq sahəsi qeydə alındığı halda icra məmuru tərəfindən icra qanunvericiliyinin tələblərinə əsasən icra tədbirlərinin aparılması ardıcıllığı gözlənilmədən hazırkı təqdimatla məhkəməyə müraciət edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki,icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə sorğulanmış şəxsi kartoçkada ********** qeydiyyat nömrəli sənədə əsasən Borclu adına torpaq sahəsi qeydə alındığından təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-60/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-60/2022
28.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver