Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-60/2024 30.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə X3 məxsus torpaq sahəsinin ona çatan hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəçi X9 tərəfindən daxil olmuş ərizəyə 30 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 8(037)-35/2013 nömrəli 10 aprel 2013-cü il tarixli qərardadına əsasən X2 İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsi üzərinə həbs qoyulmaqla, üzərinə həbs qoyulmuş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait icra sənədi üzrə borc məbləğinin ödənilməsinə yönəldilmişdir. İlqar Səmədov ərizə ilə müraciət edərək X3 məxsus torpaq sahəsinin ona çatan hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İlqar Səmədov ərizəni onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-325 nömrəli 05 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən borclular Osmanov X4 və X5 2515 manat məbləğində vəsaitin alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqdimatı əsasında məhkəmənin 10 aprel 2013-cü il tarixli 8(037)-35 nömrəli qərardadı ilə X2 İsmayıllı rayonu Aşıqbayram kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsinin üzərinə həbs qoyulmaqla, üzərinə həbs qoyulmuş əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin icra sənədi üzrə borc məbləğinin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. O, 05 yanvar 2018-ci il tarixdə İsmayıllı rayon Notariat Kontorunda AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq X3 və ailə üzvlərinə məxsus İsmayıllı rayonu Aşıqbayram kəndində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin vaxt İsmayıllı rayon Notariat Kontoru tərəfindən araşdırma aparılmış, müqavilə bağlananadək daşınmaz əmlakın ipoteka ilə yüklü edilmədiyi, həbs altında olmadığı və özgəninkiləşdirilməsinə qadağa qoyulmadığı bildirilmişdir. Lakin torpaq sahəsinə dair adına çıxarış almaq istədikdə torpaq sahəsinin üzərində həbs olduğunu bilmişdir. Həbsin hansı əsasla qoyulması və götürülməsinin mümkünlüyü ilə bağlı Maraqlı şəxsnə müraciət etdikdə ona bildirilmişdir ki, həmin qərar 2013-cü ildə qəbul edilmiş və şöbənin arxivində həbslə və onun icrası ilə bağlı heç bir rəsmi sənəd qalmamışdır. Yalnız o, məhkəmənin 10 aprel 2013-cü il tarixli 8(037)-35 nömrəli qərardadının kserosurətini əldə etmişdir. Bankın ləğvedicisinin nümayəndəsi ilə əlaqə saxladıqda isə həbslə bağlı bankda heç bir məlumatın olmadığını bildirmişlər. Hazırda İsmayıllı Rayon Məhkəməsinin 2(037)-325 nömrəli 05 oktyabr 2012-ci il tarixli qətnaməsi üzrə borclu X11 27 noyabr 2014-cü il tarixdə, borclu X17 isə 01 noyabr 2023-cü il tarixdə vəfat etmişlər. Bundan başqa məhkəmə 10 aprel 2013-cü il tarixli 8(037)-35 nömrəli qərardadından görünür ki, 1,50 hektar torpaq sahəsi borclu Rasim Osmanov və onun ailə üzvlərinin birgə mülkiyyətində olmuşdur. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nı nəzərə almamışdır. Hesab edir ki, torpaq sahəsi adambaşına düşən normadan az olduğu üçün icra məmuru tərəfindən də məhkəmənin qərardadı icra edilməmişdir. Göründüyü kimi o, vicdanlı alıcı kimi öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək torpaq sahəsinin dəyərini ödəməklə satın almış və bu barədə rəsmi müqavilə də bağlanılmışdır. Borcluların hər ikisinin ölməsinə baxmayaraq icra məmuru tərəfindən icra işi üzrə icraata xitam verilməmiş və yaxud da qanunda nəzərdə tutulmuş digər hərəkətləri etməmişdir. Bununla da onun vicdanlı alıcı kimi hüquqları pozulmuş, altı il bundan əvvəl dəyərini tam şəkildə ödəyərək aldığı torpaq sahəsindən səmərəli istifadə edə bilmir. İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli 8(037)-35 nömrəli qərardadı ilə, X2 İsmayıllı rayonu Aşıqbayram kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahilş edir. Tərəflər ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. X22 teleqram göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan: JN-149 kod 40718028 nömrəli torpağa mülkiyyə hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 2,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17, X6, X18, X16 və X12 mülkiyyətinə verilmişdir. 01 fevral 2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,500069 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17, X6, X18, X16 və X12 mülkiyyətinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-35/2013 nömrəli 10 aprel 2013-cü il tarixli qərardadının surətindən görünür ki, X2 İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsi üzərinə həbs qoyulmaqla, üzərinə həbs qoyulmuş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait icra sənədi üzrə borc məbləğinin ödənilməsinə yönəldilmişdir. Maraqlı şəxs 29 aprel 2013-cü il tarixli qərarının surətindən görünür ki, X2 İsmayıllı rayon Aşıqbayram kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmişdir. Maraqlı şəxs 29 aprel 2013-cü il tarixli, 534/12 nömrəli məktubunun surətindən görünür ki, X2 İsmayıllı rayon Aşıqbayram kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsinin qiymətləndirilməsi haqqında Maraqlı şəxs xx.xx.2013-cü il tarixli qərardadı icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. DƏDRX-ninn 9 saylı Qəbələ Ərazi İdarəsinin 02 may 2013-cü il tarixli, **********16 nömrəli məktubun surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli iş 2(037)-35 saylı qərardadına əsasən X10 ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona çatan hissəsinin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC-nin 27 noyabr 2013-cü il tarixli, 13-1164 nömrəli əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın surətindən görünür ki, X10 ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona çatan hissəsinin bugünkü günə qiyməti 240 manat təşkil etmişdir. 05 yanvar 2018-ci il tarixli, AN-İ №0667186 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X17 və ailə üzvləri tərəfindən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən, ümumi sahəsi 1,50007 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 28 aprel 2022-ci il tarixli, **********75 nömrəli məktubundan görünür ki, X13 və ailə üzvlərinə məxsus olmuş torpaq sahəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli 8(037)-35/2013 nömrəli qərardadı əsasında həbs qoyulmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 06 noyabr 2023-cü il tarixli, AZ-İİ №383818 nömrəli şəhadətnamənin surətindən görünür ki, X17 01 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 15 may 2024-cü il tarixli, 715839 nömrəli arayışından görünür ki, X8 27 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb qərara gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, JN-149 kod 40718028 nömrəli torpağa mülkiyyə hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 2,06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17, X6, X18, X16 və X12 mülkiyyətinə verilmişdir. 01 fevral 2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarış əsasında İsmayıllı rayonu Aşıqbayram kəndi ərazisində yerləşən 1,500069 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17, X6, X18, X16 və X12 mülkiyyətinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-35/2013 nömrəli 10 aprel 2013-cü il tarixli qərardadına əsasən X2 İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsi üzərinə həbs qoyulmaqla, üzərinə həbs qoyulmuş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait icra sənədi üzrə borc məbləğinin ödənilməsinə yönəldilmişdir. Maraqlı şəxs 29 aprel 2013-cü il tarixli qərarı üzrə X2 İsmayıllı rayon Aşıqbayram kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmişdir. Maraqlı şəxs 29 aprel 2013-cü il tarixli, 534/12 nömrəli məktubuna əsasən X2 İsmayıllı rayon Aşıqbayram kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsinin qiymətləndirilməsi haqqında Maraqlı şəxs xx.xx.2013-cü il tarixli qərardadı icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. DƏDRX-ninn 9 saylı Qəbələ Ərazi İdarəsinin 02 may 2013-cü il tarixli, **********16 nömrəli məktubuna əsasən İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli iş 2(037)-35 saylı qərardadına əsasən X10 ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona çatan hissəsinin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC-nin 27 noyabr 2013-cü il tarixli, 13-1164 nömrəli əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabat üzrə X10 ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona çatan hissəsinin bugünkü günə qiyməti 240 manat təşkil etmişdir. 05 yanvar 2018-ci il tarixli, AN- İ №0667186 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə X17 və ailə üzvləri tərəfindən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən, ümumi sahəsi 1,50007 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 28 aprel 2022-ci il tarixli, **********75 nömrəli məktubuns əsasən X13 və ailə üzvlərinə məxsus olmuş torpaq sahəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli 8(037)- 35/2013 nömrəli qərardadı əsasında həbs qoyulmuşdur. X17 01 noyabr 2023-cü il tarixdə, X8 isə 27 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli 8(037)-35/2013 nömrəli qərardadı icra olunması üçün göndərilmiş, icra şöbəsi tərəfindən qərardadın icrası ilə bağlı müvafiq icra hərəkətləri aparılmış, X2 İsmayıllı rayon Aşıqbayram kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsinin qiymətləndirilməsi haqqında Maraqlı şəxs xx.xx.2013-cü il tarixli qərardadı icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 27 noyabr 2013-cü il tarixli, 13-1164 nömrəli əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabata əsasən X10 ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona çatan hissəsinin qiyməti 240 manat təşkil etdiyi göstərilmişdir. İcra işinin materialları öyrənilərkən məlum olmuşdur ki, bundan sonra qərardadın icrası ilə bağlı heç bir hərəkət edilməmiş, icra işi hərəkətsiz qalmış, eyni zamanda tələbkar sözügedən icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Sonradan 05 yanvar 2018-ci il tarixli, AN-İ №0667186 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X17 və ailə üzvlərinə məxsus İsmayıllı rayonu Aşıqbayramlı kəndi ünvanında yerləşən, ümumi sahəsi 1,50007 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi notarial qaydada X1. Göründüyü kimi ərizəçi X9 həmin torpaq sahəsini almaq məqsədi ilə tərəflə qarşılıqlı razılığa gəldikdən sonra üzərinə düşən öhdəliyi yerinə yetirərək dəyərini ödəyərək sözügedən torpaq sahəsini notarial qaydada təsdiq edilmş alğı-satqı müqaviləsi əsasında satın almışdır. Şərh olunanlara əsasən məhkəmə qərara gəlir ki, X3 məxsus torpaq sahəsinin ona çatan hissəsinin üzərinə qoyulmuş həbs məhkəmə qərardadı ilə qoyulduğundan və ərizəçi həmin torpaq sahəsini vicdanlı alıcı kimi satın aldığından ərizənin təmin olunması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. X2 İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən, ailə üzvləri ilə birlikdə onlara məxsus 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 çatan hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-60/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-60/2024
30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver