Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(037)-61/2024 27.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(037) - 1431 / 2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair X2 ərizəsinə 27 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X1 ərizə verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(037) - 1431 / 2017 saylı qətnaməsinə əsasən ondan 5886 ABŞ dolları 18 sent əsas borc, 2454 ABŞ dolları 64 sent faiz borcu və 25 ABŞ dolları cərimə olmaqla cəmi 8365 (səkkiz min üç yüz altmış beş) ABŞ dolları 82 sent məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat alınaraq Dəmirbank ASC-nin xeyrinə tutulmasına dair qərar qəbul edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi xx.xx.2017-ci il tarixdə icra edilməsi üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. O qətnamə üzrə hissə-hissə ödənişlər edir. Qalan məbləği icra xidməti bütövlükdə ödənilməsini tələb edir. Əks təqdirdə cəzalandırılacağını bildirir. Ona görə də ərizə verərək məhkəmənin 19 sentyabr 2017-ci il tarixli 2(037) - 1431 / 2017 saylı qətnaməsi üzrə qalan borc məbləğinin hissə-hissə hər ay 100 manat olmaqla ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmışdır. Belə ki, borclu ərizəni qanunvericiliyin tələbinə uyğun tərtib etməmiş, ərizəsinə tələbinə əsaslandırdığı hallara dair sənədləri əlavə etməmiş, yalnız iki surətdən ibarət olmaqla müraciət etmiş, İsmayıllı rayon İcra və probasiya şöbəsinin iş üzrə maraqlı tərəf kimi cəlb etməmişdir. Belə olduğu təqdirdə ərizənin icraata qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi ərizə Azərbaycan Respublikası MPM-in 149-150-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Ona görə də ərizə geri qaytarılmalı, ərizəçiyə qanunamüvafiq qaydada ərizə tərtib edərək yenidən məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(037) - 1431 / 2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair X2 ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №8(037)-61/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(037)-61/2024
27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver